O zəngi gözləyib, dəli olmaq istəmir
"Real”ın
futbolçusu Kərim Benzema bildirib ki, artıq Fransa yığmasından dəvət gözləmir.
Kaspi.az xəbər
verir ki, Benzema Fransa yığmasının simasının dəyişdiyini bildirib: "Yığmadan zəng
gözləyib dəli olmaq istəmirəm. Hazırkı Fransa yığması da tamamilə fərqlidir.
Onlar dünya çempionudurlar. Yığmada gənc və istedadlı futbolçular var. Onlara uğur arzulayıram”.
Qeyd edək ki, 31
yaşlı Benzema yığmaya 2015-ci ildən çağırılmır. O, Matye Valbuenlə münaqişə
yaşadıqdan sonra yığmaya dəvət alınır.