AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

“Neftçi” Vobayla yeni müqavilə bağladı

“Neftçi” Vobayla yeni müqavilə bağladı

İdman
21 İyun 2013, 13:48 1128
Çempionlar Liqasına Avstriyada hazırlaşan “Neftçi” klubu daha bir futbolçusu ilə müqavilənin müddətini uzadıb. Lent. az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, ardıcıl 3 mövsüm Azərbaycan çempionu olmuş flaqman Culius Vobayla 2 illik müqavilə imzalayıb.

29 yaşlı sierra-leoneli yarımmüdafiəçi artıq “ağ-qaralar”ın Astriyadakı düşərgəsinə qoşularaq təlim-məşq toplanışında iştirak edir. Hazırlıq prosesinə digər legionerlərdən Flavinyo, Brunu Bertuççi, İqor Mitreski, Bahodir Nasimov və Saşa Stamenkoviç də qatılıb. Əvəzində Nikolas Kanales və Erik Ramos toplanışdan kənarda qalıb. Kanaleslə yeni müqavilə məsələsində razılıq əldə olunmayıb. Klubla anlaşması bitən Ramosun taleyinə isə hələ aydınlıq gəlməyib.

Qeyd edək ki, “Neftçi” Avstriyada yoxlama oyunları da keçirəcək.