Nazim Süleymanov istefa verdi
"Sumqayıt”ın baş
məşqçisi Nazim Süleymanov istefa verib.
Kaspi.az klubun
saytına istinadən xəbər verir ki, Nazim Süleymanov səhhəti ilə əlaqədar olaraq,
klub rəhbərliyi ilə bağlanmış müqaviləyə xitam verilməsi üçün Müşahidə Şurasına
müraciət edib.
Süleymanovun ərizəsi
keçirilən iclasda Müşahidə Şurasının üzvləri tərəfindən qəbul edilmiş, onunla
bağlanmış müqaviləyə 12.11.2018-ci il tarixindən xitam verilməsinə razılıq
verilmişdir. Müşahidə Şurası bu qərarı icra üçün klubun rəhbərliyinə təqdim
edib.
"Sumqayıt"
Nazim Süleymanova göstərdiyi xidmətlərə görə təşəkkür edib, ona gələcək
karyerasında uğurlar arzulayıb.
"Sumqayıt"
hazırda Premyer Liqada 11 turdan sonra 11 xalla 6-cı pillədə qərarlaşıb.