Millət vəkili Naqif Həmzəyev gənc partiya fəalları ilə görüşüb - Fotolar

Millət vəkili Naqif Həmzəyev gənc partiya fəalları ilə görüşüb - Fotolar

Cəmiyyət
23 Sentyabr 2019, 12:07 159
YAP Gəncə şəhər təşkilatının sədri, millət vəkili Naqif Həmzəyev fəal gənclərlə görüşüb.

Tədbiri açan Naqif Həmzəyev bildirib ki, tarixən hər bir xalq özünün xoşbəxt gələcəyə olan ümidlərini, ilk növbədə, gənc nəsilə bağlayır. Gənclər cəmiyyətin ən dinamik zümrəsi olaraq ölkədə baş verən bütün proseslərin mərkəzində dayanırlar. Ölkəmizdə də gənclər tarixin bütün dövrlərində inkişafın hərəkətverici qüvvəsi olublar. Onlar hər zaman Azərbaycanın ayıq-sayıq və ən iti görən gözü kimi ölkənin ictimai-siyasi həyatında yaxından iştirak ediblər.
 
 
 
N.Həmzəyev deyib ki, bu gün dövlət gənclər siyasətinin ölkədə uğurla həyata keçirilməsi nəticəsində gənclərin önündə böyük qapılar, yollar açılıb. Gənclərimiz bu imkanlardan layiqincə yararlanır, həm öz inkişaflarını təmin edir, həm də dövlətimizin mənafeyini etibarlı şəkildə müdafiə edən layiqli vətəndaş kimi formalaşmaq üçün ciddi iradə ilə çalışırlar.
 


Fərəhli haldır ki, bu günün gəncləri ölkə Başçısı, Partiyanın Sədri İlham Əliyevin ətrafında sıx birləşib, Vətənimizin tərəqqisi, dövlətçiliyimizin möhkəmləndirilməsi, çiçəklənməsi naminə hər bir sahədə böyük fəallıq göstərirlər.
 


Fəal gənclərdən Sənubər Kərimova, Aysel Həsənova, Sevda İsmayılova və Nərminə Cəmşidli, Oktay Məmmədov çıxış edərək, onlara göstərilən diqqət və qayğını yüksək qiymətləndirib, dövlət, xalq qarşısında öz vəzifə və məsuliyyətlərini yaxşı dərk etdiklərini bildiriblər.
 
 

Gənclər tədbir iştirakçılarını əmin ediblər ki, bundan sonra da Heydər Əliyev ideologiyasına sadiq qalacaq, verilən tapşırıq və göstərişləri qürurla yerinə yetirəcəklər.
 
 

Maraqlı diskussiya şəraitində keçən görüşdə gənclərin problemləri dinlənilib, onları maraqlandıran suallar ətraflı cavablandırılıb, təklifləri ətrafında müzakirələr aparılıb.