Müəllim kimi getmişdi, professor kimi qayıdır

Müəllim kimi getmişdi, professor kimi qayıdır

İdman
18 İyun 2019, 15:00 299
Məşhur italyan mütəxəssis Fabio Kapello Maurutsio Sarrinin "Yuventus”un baş məşqçi postuna təyin olunmasına münasibət bildirib. 
 
Kaspi.az xəbər verir ki, Kapello vaxtilə "Napoli”də çalışan Sarrini "Yuventus”a keçidini xəyanət kimi qəbul edənlərlə razılaşmadığını bildirib. O, məşqçinin bir kluba məxsus olmadığını vurğulayıb: 
 
"Bilirsiniz, vaxtilə "Yuventus”a keçəndə mən də eyni tənqidlərlə üzləşmişdim. Çünki o vaxta qədər "Roma” və "Milan” kimi klublarda çalışmışdım. 
 
Mənim ünvanıma sərt ifadələr işlətmişdilər, banner açmışdılar. Elə Konte” də "İnter”ə keçdiyini üçün tənqid olunur.
 
Məşqçilər peşəkarlardır, onlar bir kluba məxsus ola bilməzlər. Sarri İngiltərəyə müəllim kimi getmişdi, ordan professor kimi qayıdır”.