• çərşənbə axşamı, 19 mart, 13:01
  • Baku Bakı 8°C

Milli Məclisin sədri MDB PA-nın 50-ci yubiley sessiyasında iştirak edib

22.11.19 15:21 462
Milli Məclisin sədri MDB PA-nın 50-ci yubiley sessiyasında iştirak edib
Milli Məclisin sədri Oqtay Əsədovun başçılığı ilə parlament nümayəndə heyəti Sankt-Peterburqun Tavriya sarayında MDB Parlament Assambleyasının (PA) 50-ci yubiley sessiyasında iştirak edib.
Məclis Aparatından Trend-ə verilən məlumata görə, tədbiri acan qurumun Sədri, Rusiya Federasiyası Federasiya Məclisi Federal Şurasının Spikeri Valentina Matviyenko iclas iştirakçılarını əlamətlər yubiley sessiyası münasibəti ilə təbrik edərək, onlara sessiyanın işində uğurlar arzuladı. Sonra MDB PA-nın yaranma tarixi və inkişaf yolu barədə sənədli film nümayiş etdirildi.
Sessiyada Normativ hüquqi aktlar, Parlamentarilərin statusu ilə bağlı qanunvericiliyin təkmilləşdirilməsi, Ekoloji zərərin hesablanması, Sosial turizm, Reklam haqqında model qanunlar, Ekoloji təhlükəsizlik üzrə Milli mərkəzlərin yaradılması, MDB PA-nın növbəti il üçün fəaliyyət istiqamətləri barədə məsələlərə baxıldı. Tədbirdə çıxış edənlər müzakirə olunan sənədlər barədə öz qeyd və təkliflərini bildirdilər.
Parlament nümayəndə heyətimizin Sankt-Peterburqa səfəri bu gün başa çatır.
banner

Oxşar Xəbərlər