• şənbə, 20 Aprel, 00:59
  • Baku Bakı 15°C

Milli Məclis Azərbaycanda icbari tibbi sığortanın tətbiqi müddətinin uzadılmasını təsdiq etdi

30.03.20 12:38 395
Milli Məclis Azərbaycanda icbari tibbi sığortanın tətbiqi müddətinin uzadılmasını təsdiq etdi
Milli Məclis bu gün keçirilən plenar iclasında Azərbaycanda icbari tibbi sığortanın mərhələli şəkildə tətbiqi müddətinin uzadılmasını müzakirə edib.
Trend-in məlumatına görə, bununla bağlı "Tibbi sığorta” haqqında qanuna dəyişiklik təklif edilir.
Dəyişikliyə əsasən, icbari tibbi sığorta 2021-ci ildə tamamlanmaq şərtilə mərhələli şəkildə tətbiq olunacaq.
Qüvvədə olan qanuna əsasən isə icbari tibbi sığorta 2020-ci ildə tamamlanmaq şərtilə mərhələli şəkildə tətbiq olunmalı idi.
Müzakirələrdən sonra təklif səsə qoyularaq qəbul edilib.
banner

Oxşar Xəbərlər