• çərşənbə, 27 Noyabr, 16:58
  • Baku Bakı 11°C

Millət vəkili: "Yenidən müharibə başlasa Ermənistanın mövcudluğu sual altına düşəcək" - VİDEO

26.03.21 12:15 710
Millət vəkili: "Yenidən müharibə başlasa Ermənistanın mövcudluğu sual altına düşəcək" - VİDEO
"Dağlıq Qarabağdakı qondarma rejimin tör-töküntüləri növbəti təxribata əl atıblar. Separatçıların "parlamenti” erməni dili ilə yanaşı, rus dilinin də "dövlət dili” elan edilməsi barədə "qərar” qəbul ediblər. Belə bir addımın atılması ilk növbədə ötən il noyabrın 10-da Rusiya, Azərbaycan prezidentlərinin, Ermənistan baş nazirinin imzaladığı Birgə Bəyanatın, eyni zamanda cari ilin 11 yanvar tarixində imzalanmış növbəti Üçtərəfli Bəyanatın rhuna daban-dabana ziddir”.
Kaspi.az xəbər verir ki, bu barədə saytımıza açıqlamasında millət vəkili, politoloq Elman Nəsirov bildirib.
O qeyd edib ki, separatçıların bu addımı regiona yenidən gərginlik gətirmək, bölgədə qarşıdurma mühiti formalaşdırmaq, indiyə qədər əldə edilmiş razılaşmaların üzərindən xətt çəkmək, əməkdaşlıq mühitini dağıtmaq məqsədi daşıyır:"Separatçıların belə bir addım atması ilk növbədə ermənilərin revanşist hiss və duyğuları ilə bağlıdır. Onlar heç bir halda barışmaq istəmirlər ki, Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Silahlı Qüvvələri tarixi Qələbəyə imza atıb, Ermənistanı diz çökdürüb, bu ölkə rəhbərliyini kapitulyasiya aktına imza atmağa məcbur edib. Onlar bununla barışmaq istəmirlər. Ermənistandakılar, o cümlədən Qarabağdakı separatçılar Azərbaycan Prezidentinin sərt və prinsipial mövqeyini unutmamalıdırlar. Biz Vətən Müharibəsində qalib gəlmişik və bundan sonra əməkdaşlıq mühitinin formalaşmasında maraqlıyıq. Azərbaycan hətta altıtərəfli əməkdaşlıq formatı təşəbbüsünü irəli sürüb. Əgər separatçılar "bəlkə də qaytardılar..” xülyası ilə yaşayırlarsa, "Dəmir Yumruq” hərbi əməliyyatını unutmamalıdırlar. Separatçılar yenidən müharibəyə başlayarlarsa, o zaman Ermənistanın özünün mövcudluğu sual altına düşə bilər. İndiki zamanda Qarabağdakı separatçıların bu davranışı Rusiya tərəfindən də ciddi qınaq obyektinə çevrilməlidir. Rusiyanın müvafiq qurumları, rəsmi Moskva bu məsələ ilə bağlı konkret mövqe ortaya qoymalıdır. Separatçıların rus dilini "dövlət dili” elan etməsi hansı uzağa gedən niyyətin ortada olduğunu göstərir. Gözləyirik ki, Azərbaycanın strateji tərəfdaşı olan Rusiya, bu dövlətin ali-siyasi rəhbərliyi bu məsələ ilə əlaqədar konkret mövqe ortaya qoyacaq, erməni separatçılarının Qarabağdakı tör-töküntülərinin əməllərinə dair hüquqi-siyasi addımlar atılacaq”.
Alpər TURAN
banner

Oxşar Xəbərlər