“Messi “Barsa”nı tərk etsə, bizdə oynayacaq”
Lonel Messinin "Barselona”nı
tərk edəcəyi təqdirdə, karyerasını davam etdirəcəyi klub bəlli olub.
Kaspi.az xəbər verir ki,
Leo İspaniya klubundan ayrılsa, vətəninə qayıdacaq. O, Argentinanın "Nyuells Old
Boyz” klubunda çıxış edəcək. Bu barədə klubun vitse-prezidenti Kristian Damiko
məlumat verib:
"Əgərə Messi "Barselona”nı
tərk etməklə bağlı qərar versə, onda "Nyuells
Old Boyz”da oynayacaq. Onu da deyim ki, bu, təkcə bizdən asılı deyil.
Argentina Futbol
Assosiasiyası da bizə kömək etməlidir. Klaudio Tapia Leonun dostudur. Amma
etiraf edim ki, bu məsələyə görə Tapia ilə heç vaxt əlaqə saxlamamışam. Onu
narahat etmək istəmirəm”.