AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

Mən ki uşağam...

Mən ki uşağam...

01 İyun 2020, 12:25 1587
Rüqəyya bu gecə yuxuma gəldi. Yenə balaca əlləri qan içindəydi. Bir ovuc qan gətirmişdi mənə.
- Bu nədir, Rüqəyya?
- Hədiyyə.
- Mənə gətirmisən?
- Aha, Bayramını təbrik etməyə gəlmişəm.
- Mənki uşaq deyiləm.
- Mənki uşağam. Uşaq qalacağam. Nə qədər ki, uşağam hər il hədiyyə gətirəcəm.
- Bu qədər qanı haradan alacaqsan?
- Qarabağda qan çoxdur. Təp-təzə, dup-duru körpə qanı. Axı bu gün bayramdır. Biz orada qan içində oynayıb, bayram edirik.
- Unutmuşdum.
- Bilirəm.  Ona görə gəldim. Gəldim ki, öz uşağlarını öpüb bayramlarını təbrik edəndə bizi də xatırlayasan.
 
Nəsibə Nəsibqızı