Zaman və sevgi

Günlərin bir günü xəbər yayılır ki, ada yavaş-yavaş batacaq – sulara qərq olacaq! Bunu eşidən ada sakinləri əlhaya düşüb çoxlu qayıqlar düzəldir və adanı tərk edirlər. Bircə Sevgi adanı tərk etmir. Sevgi son ana kimi gözləmək, son anda bəlkə nəyinsə dəyişəcəyi ümidi ilə adada qalır. Ada tamamilə batmaq üzrə olanda, Sevgi qərara gəlir ki, kömək istəsin. Zənginlik mindiyi böyük qayıqla Sevginin yanından ötüb keçir. Sevgi onu çağırır:
– Zənginlik, məni də qayığına götür, özünlə apara bilərsənmi?
– Bağışla, Sevgi, amma bu mümkün deyil – o cavab verir – Qayığım qızıl və gümüşlə doludur, təəssüf ki, burada sənə yer yoxdur.
Конец формы
Sevginin gözü Qürurun adadan yavaş-yavaş uzaqlaşan qayığına sataşır. Lakin Qürurun da Sevgiyə cavabı ürəkaçan olmur:
– Mən sənə kömək edə bilmərəm, Sevgi. Sən tamamilə islanmısan və mənim qayığımı çirkləndirərsən.
Bir qədər sonra Kədərin qayığı yaxınlaşır. Sevgi yalvarış dolu bir səslə deyir:
– Kədər, məni də qayığına götür
– Ah, Sevgi, bağışla. Mən çox kədərliyəm, tək qalmaq, rahat olmaq istəyirəm – deyə, Kədər mısmırığını sallayaraq cavab verir.
Ümidini Xoşbəxtliyə bağlayan Sevgi ondan da kömək görmür, çünki canını qurtardığı üçün onun başı öz xoşbəxtliyinə elə qarışmışdı ki, Sevginin haraylarını eşitmədi.
– Məni xilas edən o qoca kim idi?”
– Zaman idi – Bilik cavab verdi.
– Zaman?! – Sevgi düşünməyə başladı.
Onun üzündəki dərin və mənalı ifadəni oxuyan Bilik gülümsəyərək cavab verdi:
– Çünki bircə Zaman Sevginin nə qədər dəyərli olduğunu anlamağa qadirdir.
Tərcümə edən: Fərid Hüseyn