AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

Maradonadan həbs edilən Ronaldinyoya dəstək

Maradonadan həbs edilən Ronaldinyoya dəstək

İdman
06 Mart 2020, 12:23 644
Argentina futbolunun əfsanəsi Dieqo Maradona Paraqvayda həbs olunun Braziliya yığmasının sabiq üzvü Ronaldinyoya dəstəyini nümayiş etdirib. 
 
Kaspi.az xəbər verir ki, Maradona "instaqram”da Ronaldinyo ilə şəklini paylaşıb və belə yazıb: 
 
"Dözümlü ol, dost. Həqiqət həmişə qalib gəlib. Qucaqlayıram, çempion!” 
Ronaldinyo Paraqvayda saxlanılıb. Paraqvay polisi onu ölkəyə saxta sənədlə daxil olmaqda ittiham edir. 
 
Polis onun və qardaşının qaldığı otel otağında axtarış aparıb. Ronaldinyo Paraqvaya uşaqlar üçün pulsuz sağlamlıq proqramını təqdim etmək üçün gəlib. Paraqvayın daxili işlər naziri bildirib ki, prokurorluq Ronaldinyonu dərhal azad etməlidir.