AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

Mafiyaya müraciət etdi, həbs olundu

Mafiyaya müraciət etdi, həbs olundu

İdman
09 Yanvar 2020, 13:15 397
İtaliya yığmasının sabiq futbolçusu Fabritsio Mikkoli 3,5 il müddətinə azadlıqdan məhrum edilib. 
 
Kaspi.az xəbər verir ki, Apellyasiya Məhkəməsi ilkin qərarı qüvvədə saxlayıb. Mikkoli ona borclu olan şəxsə görə mafiyaya müraciət edib. 
 
O, 12 min avro borcun alınması üçün mafiyanın xidmətindən yararlanmaq istəyib. Məhkəmə isə bu üsulu qəddarlıq kimi qəbul edib. 
 
38 yaşlı futbolçu karyerasını 2015-ci ildə bitirib. Fabritsio "Fiorentino”, "Peruca”, "Leççe”, "Benfika”, "Palermo” kimi klubların şərəfini qoruyub. O, 248 oyunda 111 dəfə fərqlənib.  Fabritsio İtaliya yığmasında 10 oyun keçirib, 2 qol vurub.