AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

Londonda “Erməni təcavüzünə son” şüarı ilə aksiya keçirilib

Londonda “Erməni təcavüzünə son” şüarı ilə aksiya keçirilib

Cəmiyyət
25 Oktyabr 2020, 19:30 177
Londonda yaşayan azərbaycanlılar Ermənistanın Azərbaycanın mülki vətəndaşlarına qarşı həyata keçirdiyi terrora etiraz olaraq, Britaniya Baş Naziri Boris Consonun ofisinin qarşısında, 10 Downing Street ünvanında aksiya keçiriblər.
 
APA-nın Britaniya bürosunun verdiyi xəbərə görə, aksiyada Azərbaycan və türk icmaları, güney azərbaycanlılar, Britaniya vətəndaşları iştirak ediblər.
Onlar Azərbaycanın müxtəlif bölgələrində, xüsusilə də Gəncədə mülki vətəndaşların, yaşayış məntəqələrinin, mülki obyektlərin hədəfə alınmasını, atəşə tutulmasını pisləyib, vətəndaşlarımızın hüquqlarının kobud şəkildə pozulmasına etirazlarını bildiriblər.

Aksiya iştirakçıları əllərində Gəncədə raket atəşi nəticəsində həyatını itirən şəxslərin adlarının yazıldığı plakatları tutaraq onları yad ediblər. Nümayişə qatılanlar onların xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.
Daha sonra aksiyada "Qarabağ Arbaycandır!”, "Erməni təcavüzünə son” kimi şüarlar, ingilis dilində bəyanatlar səsləndirilərək Boris Consonun və Britaniya ictimaiyyətinin mülki vətəndaşların öldürülməsinə səssiz qalmaması barədə çağırış edilib.