Lətif Hüseynov Avropa Şurası qarşısında hesabatla çıxış edib

İşgəncənin və qeyri-insani və ya ləyaqəti alçaldan rəftarın və ya cəzanın qarşısının alınması üzrə Avropa Komitəsinin sədri Lətif Hüseynov dekabrın 11-də rəhbərlik etdiyi qurumun illik hesabatı ilə əlaqədar Avropa Şurası Nazirlər Komitəsi qarşısında çıxış edib.
APA-nın məlumatına görə, Avropa Şurası baş katibinin müavini Qabriella Battaini-Draqoninin və Avropa Şurasının üzvü olan 47 dövlətin daimi nümayəndələrinin iştirak etdiyi dinləmələrdə L. Hüseynov Komitənin son il ərzindəki fəaliyyəti, habelə işgəncənin və qeyri-insani və ya ləyaqəti alçaldan rəftarın və ya cəzanın qarşısının alınması ilə bağlı Avropadakı vəziyyət barədə geniş məlumat verib, iştirakçıların çoxsaylı suallarını cavablandırıb.
Hesabat dövründə Komitənin 21 ölkəyə, o cümlədən Azərbaycana səfər etdiyi bildirilib.
Hesabatda işgəncənin və qeyri-insani və ya ləyaqəti alçaldan rəftarın və ya cəzanın tətbiqinə dair tibbi sübutların sənədləşdirilməsi və məruzə edilməsi məsələləri xüsusi yer alıb.