AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

La Liqada məşq proqramı

La Liqada məşq proqramı

İdman
02 Aprel 2020, 14:15 1002
La Liqa rəhəbrliyi koronavirusa görə tətbiq edilən karantin müddətindən sonrakı dövr üçün məşq proqramı hazırlayıb. 
 
Kaspi.az xəbər verir ki, proqram 4 hissədən ibarətdir: hazırlıq dərsləri, fərdi dərslər, səkkiz oyunçudan ibarət üç qrupda məşq və yalnız bundan sonra tam komanda ilə məşqlər. Bazaya isə ancaq səlahiyyətli şəxslər xüsusi icazə ilə buraxılacaq. Məşqlərin bərpasından 3 gün əvvəl isə bütün futbolçular, texniki heyət və rəhbərlik koronavirus testindən keçəcək.