• cümə, 29 Mart, 19:47
  • Baku Bakı 14°C

İşləmək istədiyi 2 ölkə var

16.01.20 12:22 1285
İşləmək istədiyi 2 ölkə var
"Tottenhem”in sabiq baş məşqçisi Mourisio Poçettino gələcək planları ilə bağlı danışıb.
Kaspi.az xəbər verir ki, Poçettino işləmək istədiyi ölkələrin adlarını açıqlayıb. O, karyerasını İngiltərə və İspaniyada davam etdirmək niyyətinin olduğunu deyib:
"Növbəti iş yerimi hansı ölkədə görürəm? İngiltərə və İspaniyada. Bəxtim gətirmişdi ki, karyeramı İspaniyada – "Espanyol”da başlamışdım.
Sonra isə İngiltərəyə gəldim, burda ingilis dilini və fərqli mədəniyyəti öyrəndim. Futbol burda – İngiltərədə doğulub.
Amma La Liqada heyrətamiz futbol və heyrətamiz məşqçilər var. Bu gün La Liqa futbolçu və məşqçilərin etalonu hesab olunur. Bunu, son 20 ildə dünyada oynanılan futbol da sübut edir”.
Mourisio "Tottenhem”dən ötən ilin noyabrında istefaya göndərilib. O, London klubunda 2014-cü ildən çalışırdı.
banner

Oxşar Xəbərlər