İrland kimdir?

Young Artists – Gənc Yaradıcılar adlı ideya müəllifi və təşkilatçılığı Mürsəlova Pərvinə məxsus
dərnəkdir. Dərnək müasir Amerika və ya multikultural Amerika ədəbiyyatı
incilərinin (kiçik hekayələr, şeirlər, əsərlər) tərcüməsi, redaktəsidir. Dərnək
iştirakçısı olan tələbələr öz tərcümələrindən olan hissələr və ya tərcümə
zamanı qarşılaşdıqları diqqətə layiq faktları izləyicilərlə bölüşürlər. Ən
əsası isə bu tələbələr öz yaradıcılıq məhsulları; şeirləri, esseləri ilə də
izləyiciləri tanış edirlər.
Çində insanlar deyirlər ki, qarışıq irqdən doğulan uşaqlar ağıllı
olur. Mənim nəvəm Sofi də ağıllıdır. Amma Sofi çox dəcəldir. Nə mənim qızım
Nataliyə bənzəyir, nə də mənə. Bütün həyatım boyu çox çalışqan və sərt biri
olmuşam. Ərim həmişə məndən çəkindiyini deyərdi. Restoranımızdakı bütün
ofisiant və aşpazlar da məndən qorxardı. Hətta quldur dəstələri restoranı digər
banda üzvlərindən qorumaq üçün pul istəməyə gələndə ərimə yaxınlaşar, məni
görəndə isə uzaqlaşardılar. Ya da yalandan deyərdilər ki, yemək üçün gəliblər.
Menyunun arxasında gizlənib çoxlu yemək sifariş verər, anaları haqqında
danışardılar. Ay nə bilim, mənim anam artrit xəstəsidir, bitki dərmanı qəbul
etməlidir. Mənim anam qocalıb, saçları ağarıb.
Mən də deyirdim düzdür, ananın saçları ağarmışdı, amma onları
rəngləyəndən bəri əvvəlki kimi qaradır. Niyə bir dəfə anana baş çəkib saçlarına
baxmırsan? Konfutsi deyir ki, yaxşı oğul anasının saçlarının nə rəngdə olduğunu
bilir.
Qızım da mənim kimi çalışqan və sərt biridir. O, indi işlədiyi bankın
vitse-prezidentidir. Yeni evi hamıya, eləcə də mənə yetəcək qədər böyükdür.
Amma Sofi atası tərəfə çəkib. Onların soyadı Şeadır. İrlanddırlar. Həmişə
fikirləşmişəm ki, irlandlar da çinlilər kimi dəmiryol tikintisinə çox əmək sərf
edib. Amma indi bilirəm ki, niyə çinlilər həmişə irlandlardan daha üstün olub.
Yox, bütün irlandlar Şea ailəsi kimi deyil.
Qızım da şikayətlənir ki, çox irlandlar elə, irlandlar belə, deməyim.
– O haqlıdır, biz öz biliklərimizi artırmalıyıq – qardaşlardan biri Cim şükranlıq günü dedi:
– Maşın biznesini unut. Yumurta ruleti barəsində fikirləş.
– Tay yuvası, Mayk deyir. Mən tay yuvasını bişirib sərvət qazanacam. Bu yeni növ pizza olacaq.
– Deyəsən, siz irlandlar hər şeyi bəyənmirsiz axı. Ola bilər ki, yumurta ruleti satıb pul qazanmaq sizin üçün yaxşı fikir deyil. Amma mən və ərim bununla restoran açmışıq. Bəli, biz bunu bacarmışıq. Siz nə etmisiniz? Deyin mənə, nə?
Və hamı səssizcə qabındakı hinduşka tikəsini çeynəyirdi.
Xüsusilə də, qızımın əri Conu başa düşə bilmirəm. İşi yox, gücü yox, amma Sofinin qayğısına da qalmır. Son sözü də budur – mən kişiyəm.
Sadəcə qaynadılmış yeməklər və düşüncələr. Sanki onun adını da, suda qaynatmısan – Con. Bəlkə də qara lobya–hoisin[1] (Çin mətbəxində sous), sarımsaq sousuyla böyüdüyümdən mənə elə gəlir ki, onda nəsə çatmır.
Deyir, heç kəs özünə qapanan adamı işə götürmək istəmir. Buna görə də, onun əhvalı daim yüksək olmalıdır.
Yaxşı həyat yoldaşı, övlad, rahat ev, avtomatik soba, yalnız bir gəlir yeri, qara günə də bir qəpik yox. Evdə bir nəfər işlədiyindən bəxtləri gətirib. Pulsuz dayə. Con Çində yaşasa xoşbəxt olardı. Amma burada xoşbəxt deyil. Hətta idman zalında işlər istədiyi kimi getmir. Bir gün əzələsini dartır, o biri gün ağırlıq qaldırma zalı ağzınacan dolu olur. Hər gün yeni bir problem.
Nəhayət, bir gün iş tapdı. Sonra özünü gərgin hiss etməyə başladı.
– Fikrimi cəmləşdirməliyəm, diqqətimi toplamalıyam.
– Təzə kostyuma ehtiyacım var, Con deyir.
– Bu dəfə öz başıma oyun açan deyiləm, Con deyir.
– Lap yaxşı, mən deyirəm.
– Ona dəstək olmağa çalışıram, qızım deyir.
– Onu yenidən Çinə qaytarmağa başlamayın, çünki biz bacarmarıq, Con deyir.
Amerika təqviminə görə Sofinin 3 yaşı var. Amma indidən görürəm ki, nəvəm vəhşi irlandlara yox, biz tərəfə çəkib. O daha çox çinlilələrə bənzəyir. Gözəl, qara saçlar, qara gözlər. Burnunun da əla forması var – nə çökmüş yastı burun, nə də yaraşmadığı üzə məcbur yapışdırılmış kimi böyük. Hər şey öz yerindədir. Bircə Conun ailəsini təəccübləndirən yeganə şey Sofinin tünd dərisidir. Onlar deyirlər ki, çox qaradır. Hətta Con da bunu deyir. Günün altında çox gəzməsə də rəngi qaradır. Qapqara. Dərisinin bu qədər tünd olması Conun ailəsini çox da narahat etmir. Sadəcə, onlar təəccüblənirlər. Çox qara. Neti belə qara deyil. Yəqin onun rəngi Neti ilə Conun dərisinin qarışığıdır. Gülməlidir, Sofi Şea adlı bu qız bu qədər qaradır. Mənim nəvəm qarabuğdayıdır. Bəlkə də, onun soyadı Sofi Qarabuğdayı olmalı idi. Deyirlər gün altında çox gəzmir, amma hələ də rəngi qaradır. Bu onları narahat etmir. Sadəcə, təəccüblənirlər.
Bəzən Şea ailəsi bu mövzuya yenidən qayıdır, milad yolkasının altına qoyulmuş qatar kimi dəfələrlə bu məsələ ətrafında dövrə vururlar.
– Uşaqları yaxşı böyütmək üçün əlimdən gələn hər şeyi etmişəm. Amma dörd oğlanı böyütmək asan iş deyil.
– Sənin gözəl ailən var.
– Mən qocalıram.
– İstirahət etməlisən. Uşaqlar səni qocaldır.
– Heç vaxt qızım olmayıb. Sənin isə var.
– Hə, qızım var. Çində qız övladlarını çox da sevmirlər. Amma bir qızım var.
– Bilirsən ki, heç vaxt onların evliliyinə qarşı olmamışam. Fikirləşməmişəm ki, Con səhv addım atıb. Heç vaxt Netini ağdərililərdən, irlandlardan ayırmamışam.
– Mən də onların evliliyinə qarşı olmamışam. Sadəcə istəyirəm ki, bütün problemləri birlikdə həll etsinlər.
– Əlbəttə, sən onların problemlərini bilməlisən. Sən anasan. Və indi bizim ikimizin də nəvəsi var. Balaca, qarabuğdayı nəvəmiz. O, mənim üçün çox qiymətlidir.
Mən gülürəm.
– Balaca, qarabuğdayı nəvəmiz. Düzünü desəm, heç mən də bilmirəm ki, o, niyə belə qaradır?
Yenə gülürük.
Bessinin yanında qalacaq bir nəfərə ehtiyacı var. Çoxlu həb qəbul edir və bu həbləri həzm etmək üçün çoxlu su içir. O, filmlərdə olan səhvləri göstərən bir televiziya proqramına baxır və quşları yemləmək üçün istifadə edilən qabı çox sevir. Bütün günü acgöz pişiklər kimi öz qabına tamaşa edir.
– Nəvəmin böyüməsini görmək üçün səbirsizlənirəm, – Bes deyir.
– Ətrafımda çoxlu qadın olacaq.
– Oğlanlar lap çoxdur .
– Oğlan da pis deyil, ancaq bir müddət sonra, sanki onlar səni mühasirəyə alır.
– Bir müddətliyə sən gəlib bizimlə yaşamalısan. İstirahət etməlisən. Gör, bizim evdə nə qədər qız var. Mən, Sofi, Neti.
– Ehtiyatlı ol, mənim ölkəmdə belə danışan insanların evinə birdəfəlik köçürlər.
Sofi xarici görünüşcə çinlilərə bənzəsə də, daxilən artıq çinli deyil. Görün o, parka gedəndə nə edir?
Arabasından qalxıb paltarlarını soyunur və onların hamısını bir-bir fontana atır.
– Sofi, eləmə! Sofi, dayan!
Heç mən Eminin üzünə baxa bilmirdim. Onun köynəyi elə qısa idi ki, göbəyi çöldə qalmışdı. Bu dayə fikirləşirdi ki, Sofi öz bədənini sevməlidir. Və Sofi bezini çıxarıb bir kənara tullayanda Emi gülməyə başlayırdı. Sofi çıl-çılpaq qaçanda Emi deyirdi ki, qız artıq bu bezləri geyinmək istəmir. Sofi onun dizinin üstünə sidiyə gedəndə Emi yenə gülürdü. Bunda mikrob yoxdur, deyirdi. Sofi ayaqqabılarını çıxaranda yenə deyirdi ki, ən yaxşısı yalın ayaqlardır, pediatrlar da belə fikirləşir. Buna görə də, Sofi indi ayaqqabısız gəzən dilənçi uşaqlara oxşayır. Paltarları da buna görə soyunmağı sevir.
– Yerində fırlan, arxanı göstər, oğlanlar deyir.
Əlbəttə, Sofi anlamır. Əl çalır, gülür. Bircə mən deyirəm ki, yox, bu oyun deyil.
– Bunun Conun ailəsi ilə heç bir əlaqəsi yoxdur, qızım deyir. Sadəcə, Emi Sofiylə çox yumşaq davranırdı.
Mənsə fikirləşirəm ki, Sofi daxilən vəhşi olmasaydı nə ayaqqabısını, nə də paltarlarını soyunardı.
– Sən balaca olanda heç vaxt paltarlarını soyunmamısan, mən dedim.
– Bütün çinli dostlarımın uşaqları var və mən onların heç vaxt belə hərəkət etdiyini görməmişəm.
– Kifayətdir. Sabah mənim işdə göstərəcək təqdimatım var. Con və qızım mənimlə razılaşırlar ki, Sofi çox dəcəldir. Amma onlar uşaqla nə edəcəklərini bilmirlər.
– Onu bir dəfə döysən sakitləşəcək, bir gün mən qızıma dedim.
– Yox, olmaz, onlar dedilər.
– İstəmirəm ki, Sofini vurasan. O, hələ çox balacadır.
– Mənə nə edib-etməyəcəyimlə bağlı göstəriş vermə!
– Sənə göstəriş vermirəm. Sadəcə nə hiss etdiyimi deyirəm.
– Mən sənin qulluqçun deyiləm. Mənimlə belə danışma!
Mən ona deyirəm ki, əgər paltarını soyunsan, sənə nə qəlyanaltı, nə yemək, nə də park yoxdur.
Beləliklə, biz bütün günü evdə otururuq. Altı saat keçməsinə baxmayaraq Sofi dilinə heç nə vurmayıb. Mən hələ belə tərs uşaq görməmişəm.
– Mən acam, qızım evə gələndə Sofi qışqırır.
– Nə olub? Nənən səni yedizdirməyib, qızım gülüb soruşur.
– Yox! – Sofi dedi: "O, mənə heç nə verməyib”.
Qızım yenə gülür:
– Yenə başladılar.
Sofi hələ də paltarlarını soyunur. Bir gün dözməyib onu vurdum. Çox da bərk yox. Amma çoxlu ağladı. Dedim ki, əgər paltarlarını geyinməsə, onu yenə vuracam. Və o, paltarlarını geyindi. Sonra dedim ki, Sofi yaxşı qızdır və onu yedizdirdim. Növbəti gün biz parka getdik. Parkda Sofi sakit, ağıllı çinli qızlar kimi paltarlarını bir daha soyunmadı.
– O daha paltarlarını soyunmur, qızıma dedim.
– Axır ki!
– Bunu necə bacardın? Qızım məndən soruşdu.
– Nəhayət, səninlə iyirmi səkkiz illik təcrübəmdən sonra nəsə öyrəndim.
– Mütəxəssislər kimi danışan Con dedi ki, bu həyatımızda yeni bir mərhələdir.
– Pulsuz maşın, o deyir.
– Xoşunuza gəldi?
– Səni yenidən sükan arxasında görmək məni sevindirir, qızım deyir. Bəzi ailə üzvləri maşını çox təhlükəli sürür.
– Mən ki onlar kimi sürəndə içkili olmuram, Con deyir.
– Həm, təkcə mənimkilər təhlükəli deyil.
– Əlbəttə, qızım deyir.
– Hər şey yaxşıdır, anası deyir. Uşaqların təxəyyülünün bir hissəsi olan müharibə oyunlarından insan canını qurtara bilmir. Bütün oğlanlar bu mərhələdən keçir.
O, anasını təpikləməyi də xoşlayır. Bir gün nəvəmə dedi ki, Sofi də onun anasını təpikləsin.
İstəyərdim ki, eşitdiklərim yalan olsun.
– Təpiklə onu, təpiklə, Sindbad deyir.
Və bir gün o təpiklədi. Balaca bir təpik. Bu belə baş verdi. Qarşısındakı qadının necə də böyük ayaqları olduğunu dərk etmədən balaca ayağı ilə vurduğu təpiyin təsirindən bütün bədəni silkələndi. Sofini vurub dedim ki, ondan üzr istəsin. Əvəzində anasının cavabı nə oldu?
– Narahat olmayın, bu heç incitmədi də.
– Yox, heç nə olmadı. Bu hərəkətinə görə onu cəzalandırdığımı öyrənən digərləri isə belə deyirdi.
Bu hərəkətlərin ən dəhşətlisi isə Sofinin xəkəndaz dolu qumla həmin tülkü yuvasında gizlənib məni gözləməsi və mən Sofini axtarmaq üçün yuvaya yaxınlaşanda yaş qumu tər-təmiz paltarlarımın üstünə atması idi.
– Sofi, çinli qızların belə hərəkət etdiyini görmüsən? Çıx oradan, üzr istə.
Amma o yerindən tərpənmədi. Əksinə, gülməyə başladı.
Sofi, mən şişirtmirəm. Milyonlarla çinli qızlar var, amma heç biri belə hərəkət etmir.
– Sofi, çıx oradan.
– Sən pissən, Meni.
O, indi məni Meni deyə çağırır.
Uzun müddət mən onu gözlədim. Çox uzun müddət. Çuxur dərin olduğundan sən nə onun içərisini, nə də mərkəzinin harada olduğunu müəyyənləşdirə bilirdin. Hətta səsləri belə eşitmək olmurdu. Əgər Sofi qışqırmasaydı onun çuxurda olub-olmadığını öyrənə bilməzdin. Bir müddət sonra hava soyudu, qaraldı. Bizdən başqa hamı oyun meydançasını tərk etdi.
– Sofi, sən necə belə tərs, inadkar ola bilirsən? Mən indi səni qoyub evə gedəcəm.
O yerindən tərpənmədi ki, tərpənmədi. İndi nahar vaxtıdır, hava qaralıb. Bəlkə də, kimisə köməyə çağıra bilərdim. Amma üç yaşlı uşağı oyun meydançasında tək başına necə buraxa bilərəm? Haradansa manyak peyda olar. Siçovul gələr. Geri qayıdıb yenidən Sofini axtarmağa başladım.
Bəlkə də, özünə xəkəndazla tunel qazır.
– Sofi, – deyə qışqırdım. Cavab gəlmədi.
– Sofi!
Cavab gəlmir. Artıq narahat olurdum. Axı nə edə bilərdim. Con və qızım peyda olana kimi çuxurun içərisini daha çox eşələməyə başladım.
– Sən nə edirsən? Nə baş verir? Budağı yerinə qoy! Dəlisən sən? – qızım dedi.
Con atraksionun altıyla süründü ki, Sofini xilas etsin.
– O yuxulayıb – mütəxəssis Con dedi. – Vəziyyəti yaxşıdır. Yekə çuxurdu.
Sofi yuxudan oyanıb ağlamağa başladı.
– Sofi, qızım onu qucaqladı.
Yaxşısan, fıstığım, yaxşısan?
– O sadəcə qorxub. Vəssalam! – Con dedi.
– Yaxşısan, Sofi? Mən də soruşdum.
– Bilmirəm nə baş verdi.
O yaxşıdır – Con dedi.
– Bu nədir belə?
Tünd dərisi çapıqlarla örtülmüşdü. Gözünün altı isə qaralmışdı.
– Sən dəlisən? Bax gör neyləmisən?
– Ağlını itirmisən?
– Onu xilas etmək üçün çox çalışırdım.
– Ağac budağıyla? Sənə demişdim ki, sözlərlə izah etməyə çalış.
– Başa düşmürdü.
– Onun üç yaşı var.
– O çinli qızlara bənzəmir.
– Sofi dondurma yeyə-yeyə cavab verdi: – "O, məni həmişə döyürdü”.
– Sənin ailən, Con dedi.
– İnan mənə, hər şey düzələcək, qızım isə ona təsəlli verdi.
Bir qızım var. Özü də gözəl bir qız. Hələ körpəlikdə başını yuxarı qaldırıb dik tuta bilməyəndə onun qayğısına qalmışam. Mənimlə mübahisə etməzdən qabaq iri hörüklü balaca qız olanda qayğısına qalmışam. Yadımdadır, hörüklərindən biri həmişə səliqəli, digəri isə dağınıq, pırtlaşıq olardı. Çindən qaçıb hər yerdə maşınların şütüdüyü bu ölkədə yaşamağa başlayanda da onun qayğısına qalmışdım. Əgər diqqətli olmasaydım, o maşınlardan biri körpə qızımı vurardı. Ərim öləndə ona söz verdim ki, ailəmiz heç vaxt dağılmayacaq. Əslində, buna heç ailə də demək olmazdı. Cəmi iki nəfər idik: qızım və mən.
Amma indi qızım məni özüylə gəzdirib hər yerdə mənzil axtarır. Bişirə də bilirəm, evləri də təmizləyirəm. Tək yaşamamağım üçün heç bir səbəb yoxdur. Yeganə ehtiyacım olan şey telefondur. Əlbəttə, qızım da narazıdır. Bəzən ağlayır. Bircə mənəm deyən hər şey düzələcək. Deyir başqa seçimi yoxdur. İstəmir hər şey boşanmaqla bitsin. Mən də deyirəm ki, boşanmaq ağılsızlıqdır, bu mənasız boşanmaq fikrini kimin ortaya atdığını bilmirəm. Təsəvvür edə bilirsiz. Besin özü mənə təklif etdi ki, gəlib onunla qalım. Əlbəttə, onun ölkəsində bu cür təklif edən şəxslərin evinə birdəfəlik köçürlər. Ağlasığmaz fikirdir. Başqasının evində yaşamaq. Lakin Besin ünsiyyət saxlayacaq qadın dosta ehtiyacı var. Daha belə şeylərə inanmayan qızım kimilərinə yox. Qızım da mənə baş çəkir. Lakin Sofini özüylə gətirmir. Bes deyir ki, biz Netiyə vaxt verməliyik. Tezliklə Sofini də görəcəyik. Görünür, qızımın təqdimatları indi əvvəlkindən daha çoxdur. Nə vaxt bizə gəlir, tələsik evi tərk edir.
Heç kəsim yoxdur deyəndə məni nəzərdə tutur. Son vaxtlar çox yorğun olduğundan qızım stula oturan kimi yuxulayır. Baxmayaraq ki, Con yenidən işini itirib, onlar mənim əvəzimə Sofiyə yeni dayə tutublar, dayənin pulunu ödəyə bilməsələr də. Əlbəttə, yeni dayə məndən daha cavandır, qaça bilir. Heç bilmirəm, Sofi yenə də əvvəlki kimi vəhşidir ya yox. O, hələ də məni Meni deyə çağırır. Amma üzümdən öpməyi də xoşlayır. Bəzən televizorda balaca uşaq görəndə onu xatırlayıram. Sofi saçımdan tutub dartmağı da sevir. Hər əlində bir çəngə tük və sonra marçıltıyla öpüş. Hələ heç bir uşağın bu cür marçıltıyla öpdüyünü görməmişəm.
Sonra mənə göz vurub əlindəki pultla bir-bir kanalları çevirir.
Əlbəttə, mən daha irlandlar elə, irlandlar belə deyə bilmirəm. Xüsusilə də, bu evin şərəfli irlandına çevriləndən bəri. Bes belə fikirləşir.
– Kim? Mən? İrland?
Mən deyirəm və Bes gülür.
Əgər bütün irlandlarla bağlı yox, bəziləri barəsində bir şeyi qeyd etsəydim, bunu bildirmək istəyərdim. Sanki, onların danışığı adamı iynələyir. Bilmirəm, Bes Şea sözlərdən istifadə etməyi necə öyrənib, amma onun danışdıqları mənə çox gec çatır.
– Daimi sakin. Heç yerə getmir. Dəfələrlə və dəfələrlə bunu eşidirəm, Besin səsini.