• şənbə, 27 Aprel, 03:16
  • Baku Bakı 14°C

İrina Zaretska: Ən böyük arzum “Tokio 2020”də Azərbaycan bayrağını yüksəklərdə dalğalandırmaqdır

07.03.20 16:52 842
İrina Zaretska: Ən böyük arzum “Tokio 2020”də Azərbaycan bayrağını yüksəklərdə dalğalandırmaqdır
Bakıda keçirilən karate üzrə ənənəvi "Baku open” turnirinin bu dəfə Rafael Ağayevin yubileyinə həsr olunması məni çox sevindirdi. Rafael Ağayevlə bir komandanın üzvü olmaqdan məmnunluq duyuram. Həmişə onun kimi olmağa çalışmışam. O, uşaqlıqdan mənim üçün nümunə olub. Hər ikimiz artıq olimpiadaya vəsiqə qazanmışıq. Tokio Olimpiadasına vaxtından əvvəl lisenziya qazandığımız üçün digər yarışlara hazırlaşmaq üçün kifayət qədər vaxtımız var. İndi əsas hədəf Avropa çempionatıdır. Bakıda martın 25-29-da keçiriləcək 55-ci Avropa çempionatına artıq hazırlığa başlamışıq. Gələn həftənin ikinci günü təlim-məşqlərə start veriləcək.
Trend-in məlumatına görə, bu sözləri Bakıda karate üzrə keçirilən "Baku open” yarışı zamanı jurnalistlərə müsahibəsində karate üzrə yığma komandanın üzvü İrina Zaretska deyib.
O qeyd edib ki, doğma arenada keçiriləcək qitə çempionatında təkcə şəxsi yarışlarda deyil, komanda yarışlarında da medal qazanmaq arzusundadır:
"Artıq komandamız bir dəfə Avropa çempionatının qalibi olub. Bu uğuru təkrarlamaq istəyirik. Avropa çempionatından sonra artıq Tokio Yay Olimpiya Oyunlarına hazırlığa başlayacağıq. Ən böyük arzum "Tokio 2020”də Azərbaycan bayrağını yüksəklərdə dalğalandırmaqdır.
banner

Oxşar Xəbərlər