• şənbə, 15 Avqust, 00:58
  • Baku Bakı 26°C

İrakli Kobaxidze Faiq Quliyev ilə görüşüb

15.08.26 00:04 16
İrakli Kobaxidze Faiq Quliyev ilə görüşüb

Gürcüstanın Baş naziri İrakli Kobaxidze Azərbaycanın bu ölkədəki fövqəladə və səlahiyyətli səfiri Faiq Quliyev ilə görüşüb.

"Report"un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstan hökumət administrasiyası məlumat yayıb. Görüş zamanı Gürcüstan-Azərbaycan strateji tərəfdaşlığının yüksək səviyyəsi vurğulanıb. Tərəflər iki ölkə arasında əməkdaşlığın daha da dərinləşdirilməsi perspektivlərini müzakirə ediblər. Bu kontekstdə İrakli Kobaxidzenin Azərbaycana rəsmi səfəri çərçivəsində imzalanmış müqavilələrin strateji əhəmiyyəti xüsusi qeyd olunub.

banner

Oxşar Xəbərlər