• çərşənbə, 24 Aprel, 09:39
  • Baku Bakı 13°C

İqlim dəyişmələrinə qarşı əsl mübarizə məhz şəhərlərdə aparılır

12.10.19 18:00 1192
İqlim dəyişmələrinə qarşı əsl mübarizə məhz şəhərlərdə aparılır
Planetimizin əhalisinin üçdəiki hissəsinin yaşadığı şəhərlər iqlim dəyişmələri probleminin həllində əsas rol oynayır. Şəhər sakinləri öz merlərindən qətiyyətli addımlar gözləyirlər. Onların fikrincə, bu addımlar milli liderləri dayanıqlı inkişaf yoluna keçməyə qoymağa vadar edərdi.
AZƏRTACBMT-nin saytına istinadla xəbər verir ki, bu sözləri BMT-nin Baş katibi Antonio Quterreş Kopenhagendə Sammitə toplaşan C40 şəbəkəsinin iştirakçısı olan merlərə xatırladıb.
İqlim böhranı şəraitində şəhərlərin "xilasedici” rol oynamalı olduğunu vurğulayan Antonio Quterreş deyib: "Yaxın bir neçə onillikdə şəhər infrastrukturuna, o cümlədən tikinti, mənzil, enerji səmərəliliyi və istehsalı, habelə nəqliyyata dair qəbul ediləcək qərarlar parnik qazları emissiyalarının dinamikasına böyük təsir göstərəcək”. O xatırladıb ki, hələlik dünya temperaturun Selsi ilə 3 dərəcə artmasına gətirib çıxaracaq və Dayanıqlı İnkişaf Məqsədlərinin yerinə yetirilməsinə yol verməyəcək trayektoriya üzrə hərəkət edir. Xatırladaq ki, fəlakətin qarşısını almaq üçün temperatur artmasını 1,5 - maksimum 2 dərəcə səviyyəsində saxlamaq lazımdır. Paris İqlim Sazişində qarşıya məhz belə hədəf qoyulub.
Baş katib vurğulayıb ki, özəl şirkətlər, şəhərlər və bütövlükdə cəmiyyət daha sürətlə və qətiyyətlə hərəkət edir. Odur ki, tam bir sıra şirkətlərin və şəhərlərin etdiyi kimi, milli hakimiyyət orqanlarının da parnik qazları emissiyalarını əsrin ortalarına qədər sıfıra endirmək öhdəliyi götürmələri üçün onlara təzyiqlər edilməsi çox vacibdir.
Antonio Quterreş deyib: "Kopenhagen emissiyaları 2025-ci ilədək sıfıra endirmək öhdəliyi götürüb. Şəhərlərin tullantıların emalı sahəsində siyasəti sayəsində artıq indinin özündə hər il atmosferə buraxılan karbon tullantıları 20 min ton azalıb.
Şəhərlərin hakimiyyət orqanları havanın çirklənməsi səviyyəsinin azaldılmasına, ərzağın aşağı karbonlu istehsalına keçilməsinə dair tədbirlər də görürlər. Belə yanaşma həm planetin, həm də onun sakinlərinin sağlamlığını qorumağa imkan verəcək.
banner

Oxşar Xəbərlər