• cümə, 19 Aprel, 12:47
  • Baku Bakı 25°C

İkitərəfli saziş Rusiya KİV-ində Ermənistanın antiazərbaycan siyasəti üçün ciddi problem yaradacaq

25.06.22 15:00 594
İkitərəfli saziş Rusiya KİV-ində Ermənistanın antiazərbaycan siyasəti üçün ciddi problem yaradacaq

İkitərəfli saziş Rusiya KİV-ində Ermənistanın antiazərbaycan siyasəti üçün ciddi problem yaradacaq.

Kaspi.az xəbər verir ki, iyunun 24-də Rusiyanın xarici işlər naziri Sergey Lavrovun Bakıya səfəri çərçivəsində “Azərbaycan Respublikasının Hökuməti ilə Rusiya Federasiyasının Hökuməti arasında Beynəlxalq informasiya təhlükəsizliyinin təmin edilməsi sahəsində əməkdaşlıq haqqında Saziş” imzalanıb.

Sazişdə dövlətlərin suverenliyinin, təhlükəsizliyinin və ərazi bütövlüyünün pozulmasına qarşı yönəlmiş hərəkətlərin qarşılıqlı koordinasiyası; informasiya infrastrukturunun mühüm obyektlərinə kompüter hücumlarının qarşısının alınması, terrorizmin və terrorçu məqsədlərin təbliğinin, dövlətin daxili işlərinə qarışmağın və ictimai asayışın pozulmasının, milli, irqi və dini ayrı-seçkiliyin qızışdırılmasının, irqçiliyin, ksenofobiyanın, separatizmin və ekstremizmin, nifrət və ayrı-seçkilik, zorakılığa və qeyri-sabitlik təbliğinin qarşısının alınması, vətəndaşların həyatına və təhlükəsizliyinə təhdid yaradan və ya ağır nəticələr doğurmuş vəziyyətlər haqqında mötəbər məlumatlar adı ilə açıq-aşkar yalan məlumatların yayılmasının yolverilməzliyi və s. nəzərdə tutulur.

Bu Sazişin imzalanması təhlükəsizliyin və sabitliyin dəstəklənməsi, suverenliyə, ərazi bütövlüyünə, təhlükəsizliyə və dövlət sərhədlərinin toxunulmazlığına qarşılıqlı hörmət, mübahisələrin və münaqişələrin dinc yolla nizamlanması, güc və hədə tətbiq edilməməsi, bir-birinin daxili işlərinə qarışmamaq, insan haqlarına və əsas azadlıqlara riayət edilməsi məqsədlərindən irəli gəlib.

Saziş, öz növbəsində, informasiya və kommunikasiya texnologiyalarından istifadə edilməklə separatizmə, ekstremizmə qarşı mübarizə, vətəndaşların təhlükəsizliyinin təmin edilməsi sahəsində əməkdaşlıq üçün zəmin olacaq. Qarabağda nizamlanmış münaqişə, regionda sülhün və sabitliyin bərqərar olması ilə əlaqədar Rusiya KİV-lərində yer alan qərəzli informasiyaların qarşısının alınması baxımından bu Saziş Azərbaycan üçün böyük aktuallıq kəsb edir.

banner

Oxşar Xəbərlər