Henri Onyekuru mövsümün sonunadək “Qalatasaray”da forma geyinəcək

Henri Onyekuru mövsümün sonunadək “Qalatasaray”da forma geyinəcək

İdman
06 Yanvar 2020, 12:33 354
"Qalatasaray” futbol klubu Fransanın "Monako” komandasının hücumçusu Henri Onyekuru ilə yeni müqavilə imzalayıb.
AZƏRTAC klubun saytına istinadla xəbər verir ki, Nigeriya millisinin üzvü yenidən İstanbul təmsilçisinin heyətində icarə əsasında çıxış edəcək. Hücumçu mövsümün sonunadək "Qalatasaray”da çıxış edəcək.
"Qalatasaray” bu keçid üçün "Monako”ya 750 min avro təzminat ödəyib. Onyekuru 650 min avro məvacib alacaq.
Qeyd edək ki, Onyekuru ötən mövsüm də icarə əsasında "Qalatasaray”da oynayıb. "Monako” yayda nigeriyalını "Everton”dan 13,5 milyon avroya transfer edib.