cümə axşamı, 29 sentyabr, 18:21

Baku Bakı 23°C

Havanın qeyri-sabit keçməsinin səbəbi açıqlanıb

icon 264 icon 09 avqust 2022 | 13:00 Havanın qeyri-sabit keçməsinin səbəbi açıqlanıb

"Şimaldan gələn soyuq atmosfer cəbhəsinin təsiri nəticəsində bir neçə gündür ki, Azərbaycan ərazisində qeyri-sabit, yağışlı və küləkli hava şəraiti müşahidə olunur".

Bunu “Kaspi”yə açıqlamasında Ekologiya Təbii Sərvətlət Nazirliyinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova deyib.

O bildirib ki, ölkənin bəzi yerlərində şimşək çaxıb, arabir yağış yağıb: "Bəzi rayonlarda isə yağıntılar intensiv xarakterli olub. Qərb rayonlarına dolu düşüb. Avqustun 8 günü ərzində 6 gün temperatur iqlim normasından yüksək, iki gün isə iqlim normasından aşağı olub.

Qeyri-sabit hava şəraiti bu gün, avqustun 9-u gündüz saatlarına qədər davam edəcək, yağıntılar tədricən kəsiləcək. Avqustun 10-dan başlayaraq, ikinci ongünlüyün ortalarınadək yağmursuz hava şəraitinin müşahidə ediləcəyi gözlənilir. Zəif şərq istiqamətli külək əsəcək.

Havanın temperaturu bugünlərlə müqayisədə tədricən yüksələcək. Eləcə də, Bakıda və Abşeron yarımadasında bu gün mülayim şimal-qərb küləyi müşahidə olunur. Sabahdan paytaxtda da yağmursuz hava şəraiti gözlənilir. Mülayim cənub-şərq küləyi əsəcək. Havanın temperaturunun bugünlərlə müqayisədə tədricən yüksələrək 37 dərəcəyə çatacağı gözlənilir".