• şənbə, 21 Dekabr, 14:00
  • Baku Bakı 10°C

"Global Media Group"un şirkətləri auditdən uğurla keçiblər

21.12.24 00:28 134
"Global Media Group"un şirkətləri auditdən uğurla keçiblər

"Global Media Group"un tərkibində fəaliyyət göstərən “Global Management” autsorsinq şirkəti, “Baku TV” xəbər kanalı, “Oxu.az” xəbər saytı və “Report” İnformasiya Agentliyində 16-18 dekabr 2024-cü il tarix aralığında beynəlxalq standartların tələbləri əsasında ISO 9001:2015 Keyfiyyət İdarəetmə Sistemləri, ISO 14001:2015 Ətraf Mühitin İdarə Edilməsi Sistemləri, ISO 45001:2018 Sağlamlıq və Əməyin Təhlükəsizliyinin İdarə Edilməsi Sistemləri 2-ci nəzarət auditi uğurla keçirilib. Audit “TÜV Austria Azərbaycan” şirkəti tərəfindən aparılıb.

Auditin məqsədi həmin təşkilatlarda tətbiq olunmuş İnteqrə Olunmuş İdarəetmə Sisteminin və onun proseslərinin davamlı təkmilləşdirilməsi ilə bağlı sübutların əldə edilməsi və təsdiq edilməsi olub. Keçirilən audit zamanı İnteqrə Olunmuş İdarəetmə Sisteminin uyğunluğu, kifayətliliyi və effektivliyini təmin etmək məqsədilə rəhbərlik tərəfindən sistemə dair liderlik və öhdəliyinin nümayiş etdirilməsi, düzgün resurslarla təmin edilməsi və təşkilatın strateji istiqamətinə uyğun qərarların verilməsi sübut edildi.

Qeyd edək ki, "Global Media Group"un tərkibində olan şirkətlər - “Oxu.Az” xəbər saytı, “Report” İnformasiya Agentliyi, “Baku TV” kanalı və “Global Management” autsorsinq şirkəti 2022-ci ildən bəri yuxarıda qeyd olunan standartlar üzrə sertifikatlara malikdir.

"Global Media Group" haqqında

Azərbaycanın ən böyük media-holdinqlərindən biri olan "Global Media Group" 2017-ci ildən fəaliyyətə başlayıb. “Global Media Group”a Azərbaycanda və ölkə xaricində fəaliyyət göstərən televiziya kanalları, informasiya agentlikləri, xəbər portalları, qəzetlər və digər şirkətlər daxildir. 

banner

Oxşar Xəbərlər