• cümə axşamı, 25 aprel, 03:54
  • Baku Bakı 19°C

"Fransadakı bəlli çevrələr Ermənistanı Azərbaycanla növbəti qarşıdurmalara sövq edir" - MÖVQE

02.12.21 11:41 324
"Fransadakı bəlli çevrələr Ermənistanı Azərbaycanla növbəti qarşıdurmalara sövq edir" - MÖVQE
"Almaniyanın Avropa Parlamentindəki təmsilçisi, yaşıllar fraksiyasının üzvü Viola von Cramon-Taubadel də ATƏT-in həmsədri kimi Fransanın dürüst vasitəçi olmadığı fikrindədir. Avropa Parlamentinin Beynəlxalq əlaqələr komitəsində 44 günlük savaşla bağlı edilən çıxışlardan görünür ki, orada almaniyalı deputatın mövqeyini bölüşənlər az deyil".
Kaspi.az xəbər verir ki, bu barədə millət vəkili Sahib Alıyev bildirib.
Deputatın sözlərinə görə,Fransa senatının son açıqlaması da həmin ölkə haqda deyilənləri bir daha təsdiqləyir və göstərir ki, sözügedən ölkə Ermənistanı Azərbaycanla növbəti qarşıdurmalara sövq etmək üçün əlindən gələni əsirgəmir: "Səbəb xanım Cramon-Taubadelin də vurğuladığı kimi, dürüst vasitəçi olmayan bir dövlətin regionda yenidən bu rolda "fəaliyyət" göstərməsi üçün "şərait"in yaradılmasıdır.Avropa Birliyinin fransız kökənli təmsilçisi Luk Pierre Devinin açıqlamasından da bu, açıq-aydın görünür. Avropa Parlamentindəki dünənki çıxışında "Azərbaycanın münaqişənin həllini bitdiyini bildirməsinə baxmayaraq bu yaxınlarda baş verən toqquşmalar (16 noyabrdakı bir günlük döyüşlər nəzərdə tutulur) onun əksini göstərir", - deyən Devin vəziyyətdən çıxış yolu kimi Minsk qrupu formatında danışıqların intensivləşdirilməsini təklif edib.Demək, ATƏT-in Minsk qrupunun həmsədi olaraq vasitəçi qismində dürüst davranmayan Fransa, postmünaqişə dövründə də oxşar siyasət yeritməkdədir. Bu siyasətin yeni itkilərə yol açması, "kiçik bacı" adlandırdıqları Ermənistanda yaşayanların böyük əksəriyyətinin həyatlarına son dərəcə mənfi təsir göstərməsi parisdəkilərin heç vecinə də deyil".
Alpər TURAN

banner

Oxşar Xəbərlər