• cümə axşamı, 28 mart, 19:29
  • Baku Bakı 13°C

Fransada Azərbaycanın Qoşulmama Hərəkatındakı fəaliyyəti barədə fotolar nümayiş olunur

02.02.23 10:30 658
Fransada Azərbaycanın Qoşulmama Hərəkatındakı fəaliyyəti barədə fotolar nümayiş olunur

Fransanın paytaxtı Parisdə Azərbaycan Respublikasının Qoşulmama Hərəkatı (QH) çərçivəsində göstərdiyi yüksək fəallığını əks etdirən fotolar nümayiş olunur.

"Report"un yerli bürosu xəbər verir ki, Parisin 5-ci meriyasında müstəqillik əldə etdikdən sonra İndoneziyanın ilk prezidenti olmuş Sukarnoya həsr edilmiş sərgidə Azərbaycanda keçirilən Qoşulmama Hərəkatının XVIII Zirvə görüşü, Hərəkatının Aralıq dövr Nazirlər Konfransından fotolar yer alıb.

Sərginin açılışında Azərbaycan Respublikasının Fransadakı səfiri Leyla Abdullayeva, Parisin 5-ci rayonunun meri Florans Bertu (Florence Berthout), Parisdə akkreditə olunmuş diplomatik korpusun nümayəndələri, habelə səfirlər və digər şəxslər iştirak ediblər. Xatırladaq ki, Azərbaycan Respublikası 25-26 oktyabr 2019-cu il tarixində Bakı şəhərində Hərəkatın XVIII dövlət və hökumət başçılarının Zirvə Görüşünə ev sahibliyi edib.

Tədbirdə BMT-yə üzv 120 dövlətin yüksək səviyyəli nümayəndələri və 42 beynəlxalq təşkilat nümayəndələri iştirak edib. 4-6 aprel 2018-ci il tarixlərində Bakıda Qoşulmama Hərəkatının Aralıq dövr Nazirlər Konfransı keçirilib. 1955-ci ildə İndoneziyanın Bandunq şəhərində keçirilən Asiya-Afrika Konfransı Qoşulmama Hərəkatının təsis edilməsi istiqamətində ilk əhəmiyyətli addım hesab edilir.

Sərgi fevralın 10-dək davam edəcək.

banner

Oxşar Xəbərlər