• şənbə, 27 Aprel, 02:53
  • Baku Bakı 14°C

FİFA Dəniz Yılmazın Azərbaycan millisində oynamasına icazə verdi

02.09.16 18:10 1048
FİFA Dəniz Yılmazın Azərbaycan millisində oynamasına icazə verdi
"Bursaspor"un hücumçusu Dəniz Yılmazın Azərbaycan yığmasında oynayıb-oynamayacağına aydınlıq gəlib. Apasport.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, FİFA-nın Oyunçuların Statusu Komitəsi Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının futbolçu ilə bağlı müraciəti ilə əlaqədar qərar qəbul edib.

Qərarda bildirilir ki,AFFA və Dəniz Yılmazın assosiasiyanın dəyişdirilməsi ilə bağlı xahişi təmin olunsun vəbu qərar tərəflərə göndərilən tarixdən etibarənYılmazaAzərbaycan millisində çıxış etmək icazəsi verilsin.

FİFA bu barədə UEFA və Türkiyə Futbol Federasiyasını da məlumatlandırıb.

Qeyd edək ki, ali futbol qurumu bundan öncə AFFA-nın Ramil Şeydayev və Emin Mahmudovla bağlı müraciətini də müsbət cavablandırmışdı.
banner

Oxşar Xəbərlər