AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

FHN: Ötən gün 26 yanğına çağırış olub, 9 nəfər xilas edilib

FHN: Ötən gün 26 yanğına çağırış olub, 9 nəfər xilas edilib

Cəmiyyət
20 Aprel 2021, 12:30 738
Fövqəladə Hallar Nazirliyinin (FHN) "112” qaynar telefon xəttinə daxil olmuş zənglər əsasında Nazirliyin aidiyyəti qurumları tərəfindən ötən sutka ərzində 26 yanğına çıxış və 5 halda köməksiz vəziyyətdə qalma faktları üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib.
 
APA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi, insanların həyatının xilas olunması təmin edilib. Ümumilikdə, ötən sutka ərzində 9 nəfər xilas edilib, 2 nəfər xəsarət alıb.