• cümə axşamı, 28 mart, 17:45
  • Baku Bakı 16°C

FHN son sutka ərzindəki qəza-xilasetmə əməliyyatlarının sayını açıqlayıb

06.03.21 15:45 751
FHN son sutka ərzindəki qəza-xilasetmə əməliyyatlarının sayını açıqlayıb

Fövqəladə Hallar Nazirliyi üzərinə düşən vəzifələrinin icrası, o cümlədən əhalinin və ərazilərin təbii və texnogen xarakterli fövqəladə hallardan qorunması istiqamətində fəaliyyətini davam etdirir.
FHN Mətbuat xidmətindənAPA-ya verilən məlumata görə, FHN-nin "112” qaynar telefon xəttinə daxil olmuş zənglər əsasında Nazirliyin aidiyyəti qurumları tərəfindən ötən sutka ərzində 24 yanğına çıxış və 1 nəqliyyat qəzası faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib.
Görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi, insan həyatının xilas olunması təmin edilib. Ümumilikdə, ötən sutka ərzində 1 nəfər xilas edilib.
banner

Oxşar Xəbərlər