• şənbə, 27 Aprel, 06:43
  • Baku Bakı 12°C

Ev dustaqlığını necə keçirir?

10.06.20 12:30 720
Ev dustaqlığını necə keçirir?
Paraqvayda saxlanılan əfsanəvi braziliyalı futbolçu Ronaldinyo mətbuata açıqlama verib.
Kaspi.az xəbər verir ki, Ronaldinyo ev dustaqlığını necə keçirdiyi barədə danışıb. O, saxlanıldığı oteldə hər cür şəraitin olduğunu bildirib:
"Oteldə əla şərait var. Bizimlə hər şey yaxşıdır. Artıq 60 gün keçib. Çox sakitik və bizim durumumuzun yaxşı olması üçün burda hər şey edirlər.
Demək olar ki, hər gün idmanla məşğul oluruq. Burda trenajor zalı var. Üstəlik, qaldığım oteli də bizə uyğun şəkildə adaptasiya ediblər”.
Qeyd edək ki, Ronaldinyo və qardaşı saxta sənəddən istifadə ittihamı ilə Paraqvayda həbs olunmuşdular. Aprelin 9-da onlar 1,6 milyon dollar girov müqabilində həbsxanadan ev dustaqlığına buraxılıblar. Ronaldinyonun qaldığı otelin bir gecəsi 380 dollaradır.
banner

Oxşar Xəbərlər