• cümə, 29 Mart, 06:16
  • Baku Bakı 5°C

Əli Əsədov: Müasir Azərbaycan müstəqillik illərində böyük uğurlar qazanıb

08.10.19 13:07 461
Əli Əsədov: Müasir Azərbaycan müstəqillik illərində böyük uğurlar qazanıb
Milli Məclisin bu gün keçirilən plenar iclasında Baş Nazir postuna namizədliyi təsdiq edilən Əli Əsədov göstərilən etimada görə təşəkkür edib və etimadı doğruldacağını bildirib.
Trend-in məlumatına görə, Ə.Əsədov müasir Azərbaycanın müstəqillik illərində böyük uğurlar qazandığını qeyd edib və bildirib: "Bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan iqtisadiyyatı titanik inkişaf yolu keçib. Dövlətimizin başçısının rəhbərliyi ilə bir sıra qlobal layihələr reallaşdırılıb. Qeyri-neft sektoru inkişaf edir. Azərbaycan kosmik ölkələr ailəsinə daxil olub. Qazanılan möhtəşəm nailiyyətlər Azərbaycan Prezidenti İlham Əliyevin əməyinin nəticəsidir. Bu dövr ərzində ölkəmizdə ümümdaxili məhsul 3.3 dəfə artıb, iqtisadiyyata qoyulan investisiyaların həcmi 270 milyard dollara çatıb, yoxsulluğun səviyyəsi 5 faizə, işsizlik səviyyəsi 4.9 faizə enib, ölkənin strateji valyuta ehtiyatları 26 dəfə artaraq 49 milyard dollara çatıb. Eyni zamanda, əhalinin sayı 2019-cu ildə 10 milyon nəfərə çatıb. Prezdentin rəhbərliyi ilə "Azəri-Çıraqlı-Günəşli”, "Şahdəniz”, "Bakı-Tbilisi-Ceyhan”, "Bakı-Tbilisi-Ərzurum”, Cənub Qaz Dəhlizi, "Bakı-Tbilisi-Qars” kimi meqalayihələr gerçəkləşdirilib. Bununla yanaşı, neft gəlirlərinin qeyri-neft sektoruna yönəldilməsi bu sahənin də inkişafında ciddi nailiyyətlər qazandırır. Qeyri-neft sektorunun ÜDM-i 2.8 dəfə, qeyri-neft sənayesi isə, 2.4 dəfə artıb".
banner

Oxşar Xəbərlər