• cümə, 26 Aprel, 09:52
  • Baku Bakı 12°C

Deputat: “Şəhid adının əbədiləşdirilməsi ilə bağlı tələblərə yenidən baxılmalıdır”

23.04.21 11:33 330
Deputat: “Şəhid adının əbədiləşdirilməsi ilə bağlı tələblərə yenidən baxılmalıdır”
"Qanunvericilikdə şəhid adının əbədiləşdirilməsi ilə bağlı tələblərə yenidən baxılmalıdır”.
APA-nın məlumatına görə, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Əli Məsimli deyib.
Deputat bildirib ki, şəhid ailələrini ən çox narahat edən məsələ övladının adının əbədiləşdirilməsi ilə bağlıdır: "Elə kənd var ki, onun sadəcə bir şəhidi var. Ancaq həmin şəhidin adı nə məktəbə, nə də küçələrə verilə bilir. Çünki qanunvericilikdə qoyulan tələblərlə bunu etmək olmur”.

banner

Oxşar Xəbərlər