• cümə, 29 Mart, 05:23
  • Baku Bakı 7°C

Deputat: "Əminik ki, qardaş Türkiyə bu sınaqdan da üzüağ çıxacaq"

31.07.21 18:15 380
Deputat: "Əminik ki, qardaş Türkiyə bu sınaqdan da üzüağ çıxacaq"
Qardaş Türkiyədə bir neçə gündür davam edən və miqyası getdikcə genişlənən meşə yanğınları, eyni zamanda, alovun yaşayış zonalarına, şəhər infrastrukturuna ciddi ziyan vurması dövlətimizi, xalqımızı dərindən kədərləndirir. Azərbaycan dövləti, Azərbaycan xalqı olaraq hər zaman qardaş Türkiyənin yanındayıq və lazımi yardım göstərməyə hazırıq.
Bu fikirləriAZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı, Yeni Azərbaycan Partiyasının İdarə Heyətinin üzvü Cavid Osmanov söyləyib.
Deputat deyib ki, bu gün Prezident İlham Əliyev bununla əlaqədar müvafiq dövlət orqanlarına tapşırıq verib. Belə ki, Türkiyədə meşə yanğınlarının söndürülməsi və daha geniş miqyas almasına imkan verilməməsi məqsədilə qardaş ölkəyə Azərbaycandan yardım dəstələri göndəriləcək. Eyni zamanda, Prezident İlham Əliyev Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğana dəhşətli yanğınlar zamanı ölkə vətəndaşlarının həlak olması ilə əlaqədar başsağlığı verib, Azərbaycanın hər zaman qardaş Türkiyənin yanında olduğunu qeyd edib. Bütün bunlar Azərbaycan dövlətinin, Prezident İlham Əliyevin həm də mənəvi olaraq qardaş Türkiyəyə dəstək verməsinin göstəricisidir. Bu, bir daha sübut edir ki, istər xoş günlərdə, istərsə də çətin məqamlarda Azərbaycan hər zaman qardaş Türkiyənin yanındadır. Eyni zamanda, biz bu münasibəti qardaş Türkiyədən də həmişə görmüşük.
"Əminik ki, iki qardaş ölkənin birgə səyləri nəticəsində çox qısa zamanda yanğınların qarşısı alınacaq, Türkiyə bu sınaqdan da üzüağ çıxacaq, yanğınlar türk xalqı üçün ciddi fəsadlar törətməyəcək. Türkiyənin sevinci sevincimiz, kədəri kədərimizdir. Dövlət, xalq olaraq bir daha Türkiyənin yanında olduğumuzu bəyan edir, bu kədəri bölüşürük”, - deyə deputat qeyd edib.
banner

Oxşar Xəbərlər