• şənbə, 27 Aprel, 06:21
  • Baku Bakı 12°C

DÇ-2018-in seçmə mərhələsinin Avropa zonası üzrə ilk tur başa çatıb

07.09.16 08:54 979
DÇ-2018-in seçmə mərhələsinin Avropa zonası üzrə ilk tur başa çatıb
Sayca 21-ci dünya çempionatının seçmə mərhələsinin Avropa zonası üzrə oyunların ilk turu başa çatıb. Apasport.az saytının məlumatına görə,A, B və H qruplarında da mübarizəyə start verilib.

Günün mərkəzi qarşılaşması İsveçdə keçirilib.Skandinaviyalılar AÇ-2016-dan kənarda qalan Hollandiya ilə xalları bölüblər - 1:1. Son Avropa çempionatının finalçısı Fransa səfərdə Belarusun müqavimətini qıra bilməyib. A qrupunun digər matçında isə Bolqarıstan Lüksemburqu çətinliklə məğlub edib - 4:3.

AÇ-2016-nın qalibi Portuqaliya millisi də dünya çempionatının seçmə mərhələsində mübarizəyə start verib. B qrupunda yer alan pireneylilər İsveçrə səfərində məğlub dönüblər - 0:2. H qrupunun favoriti sayılan Belçika isə səfərdə Kipri məğlub edib - 3:0.

Həmçinin G qrupunun təxirə salınmış Albaniya – Makedoniya matçı da davam etdirilib. Xatırladaq ki, görüş əlverişsizhavaşəraitinə görə 78-ci dəqiqədə (hesab 1:1 olarkən) yarımçıq dayandırılmışdı. Oyunun qalan dəqiqəsində meydan sahibləri daha bir qol vuraraq qələbəni təmin ediblər - 2:1.
banner

Oxşar Xəbərlər