• şənbə, 20 Aprel, 08:18
  • Baku Bakı 14°C

Üçüncü ölkələr Azərbaycanın qonşularla münasibətlərini korlaya bilməz - XİN

28.08.14 15:14 1087
Üçüncü ölkələr Azərbaycanın qonşularla münasibətlərini korlaya bilməz - XİN
Üçüncü ölkələr Azərbaycanın qonşularla münasibətlərini korlaya bilməz
Bunu mətbuat konfransında Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Elman Abdullayev İran səmasında vurulan pilotsuz təyyarənin guya Azərbaycan ərazisindən havaya qalxması ilə bağlı KİV-lərdə yayılan məlumatı şərh edərkən deyib.
O qeyd edib ki, qonşu dövlətlərlə qonşuluq münasibətlərinin qurulması Azərbaycan üçün əsas prioritetdir.
ABŞ-ın Kaliforniya ştatı Senatının Dağlıq Qarabağla bağlı qəbul etdiyi qətnaməyə gəldikdə isə E. Abdullayev bu sənədin deklarativ xarakter daşıdığını və hüquqi qüvvəyə malik olmadığını vurğulayıb.
Bu faktın qətnaməyə səs verən senatorların səmimiliyini şübhə altına aldığını deyən E. Abdullayev bunun ABŞ-dakı erməni lobbisinin maliyyə dəstəyi hesabına mümkün olduğunu qeyd edib./apa/
banner

Oxşar Xəbərlər