Çoxmənzilli binaların liftləri dəyişdiriləcək

Azərbaycanda çoxmənzilli binaların lift təsərrüfatının maddi-texniki bazası möhkəmləndiriləcək.
"Report" xəbər verir ki, Prezident İlham Əliyev çoxmənzilli binaların lift təsərrüfatının maddi-texniki bazasının möhkəmləndirilməsi ilə bağlı əlavə tədbirlər haqqında Sərəncam imzalayıb.
Sərəncamla müvafiq şəhər və rayon icra hakimiyyətlərinə 9 milyon 940 min manat vəsait ayrılıb.
