Cəzanı dəstəklədi: Onlar mənim bütün futbolçularımı almışdılar
"Arsenal”ın
sabiq baş məşqçisi Arsen Venger "Mançester Siti”nin avrookuboklardan
uzaqlaşdırılmasına münasibət bildirib.
Kaspi.az xəbər
verir ki, Venger "Siti”yə tətbiq olunan cəzanı dəstəkləyib. O, "şəhərlilər”i
onun çalışdırdığı "Arsenal”ı zəiflətməkdə ittiham edib:
"Mançester Siti”
az qala mənim bütün futbolçularımı almışdı. Həmişə deyirdim ki, maliyyə məsələlərinə
ciddi nəzarət olmalıdır.
Klub öz təbii gəlirləri
hesabına fəaliyyət göstərməlidir. Qayda qaydadır və siz ona əməl etməyə
borclusunuz. Əgər siz qaydalara əməl etmirsinizsə, onda bunu əsl idman
adlandırmaq olmaz.
"Mançester Siti”
bilərəkdən bu addımı atıbsa, onda onların cəzalandırılması ədalətlidir”.
Qeyd edək ki,
müxtəlif vaxtlarda "Arsenal”dan "Siti”yə Kolo Ture, Emmanuel Adebayor, Samir Nəsri,
Qael klişi, Bakali Sanyo keçib.