• şənbə, 27 Aprel, 04:23
  • Baku Bakı 14°C

Cavid Qurbanov Azərbaycan Voleybol Federasiyasının prezidenti seçilib

12.10.16 12:29 2204
Cavid Qurbanov Azərbaycan Voleybol Federasiyasının prezidenti seçilib
Bu gün Milli Olimpiya Komitəsində Voleybol federasiyasına yeni prezidentin seçilməsi ilə bağlı iclas keçirilib.Gənclər və İdman Nazirliyinin mətbuat katibi Səmayə Məmmədovanın "Kaspi"yə verdiyi məlumata görə, iclası giriş sözü ilə açan gənclər və idman naziri Azad Rəhimov qeyd edib ki, voleybol idman növü Azərbaycanda böyük ənənələrə məxsusdur. Lakin nəsil dəyişir, hər bir idman növündə olduğu kimi voleybolda da yeniliklər baş verir. Azərbaycan Respublikasının nəqliyyat naziri Ziya Məmmədovun bu idmanın inkişafında xidmətlərinin əvəzsiz olduğunu qeyd edən nazir, federasiyada dəyişikliklərin aparılması ilə bağlı müzakirələrin getdiyini və nəticədə "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin sədri Cavid Qurbanovun bu vəzifəyə seçilməsi ilə bağlı təklifin irəli sürüldüyünü bildirdi:"Cavid Qurbanov daim idmançıların, voleybolçuların yanında olub, onlara dəstək verən insandır. Voleybolumuzun daha yüksək inkişafı hər birimizin arzusudur. Hədəfimiz isə, komandamızın 2020-ci ildə Tokyoda keçiriləcək Olimpiya oyunlarına vəsiqə qazanmasıdır”.
Daha sonra voleybol federasiyasının vitse prezidenti Vaqif Əliyev çıxış edərək bu idman növündə son illlər görülmüş işlərin hesabatını verdi.Səs çoxluğu ilə voleybol federasiyasına prezident seçilən Cavid Qurbanov çıxışında qeyd etdi ki, voleybol zəruri, ancaq çox çətin idman növüdür: "Qarşıda, 2017-ci ildə Bakıda voleybol üzrə Avropa çempionatının final mərhələsinin puşkatması keçiriləcək. Bu çox məsuliyyətli və mötəbər tədbirə ciddi şəkildə hazırlaşmalıyıq. Təbii ki, məşqçi və digər məsələlərdə də dəyişikliklər olacaq".
banner

Oxşar Xəbərlər