• cümə axşamı, 25 aprel, 10:20
  • Baku Bakı 14°C

Cavid Osmanov: “Ermənistan Kəlbəcər istiqamətində təxribat törədib”

11.06.21 11:55 258
Cavid Osmanov: “Ermənistan Kəlbəcər istiqamətində təxribat törədib”
"Ermənistan Kəlbəcər istiqamətində təxribat törədib”.
APA-nın məlumatına görə, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Cavid Osmanov deyib.
Cavid Osmanov bu təxribatın Ermənistanda keçiriləcək parlament seçkiləri ərəfəsinə təsadüf etdiyinə də diqqət çəkib. Deputat xatırladıb ki, iyunun 4-də Kəlbəcərin Susuzluq kəndində iki jurnalistimiz minaya düşərək həlak olub: "Bu hadisədə Ermənistan üzərindən yayılmış tezislərdən çıxış edənlər 1993-cü ildə qaçıb gizlənməyə yer axtaran AXC-Müsavat rəhbərliyi, erməni lobbisinin himayəsində olanlar Qərbdə ayrı-ayrı klaviatura qəhrəmanları Azərbaycanı bununla hədəfə götürürlər. Dünən baş verən təxribata görə də Azərbaycanı günahlandıracaqlar?! Bu qədər xəyanət ola bilməz”.

banner

Oxşar Xəbərlər