C hərfiylə başlayan birisi
Taxta-şalban taciri Kristofer
Şröderin arabası Sisto kəndindəki karvansaraya yan alanda axşam düşməkdəydi.
Tacir ildə iki-üç kərə yolunu buradan salırdı. Hələ yolda ikən özünü nə isə
nasaz hiss elədiyindən tez yatağa girdi. Amma vəziyyəti yaxşılaşmadığından
köhnə tanışı, həkim Luqozinin ardınca adam yolladı. Xəstəni müayinə edən həkim
dalğın halda susdu. Sonra isə bildirdi ki, ciddi heç nə yoxdur. Amma hər
ehtimala qarşı özüylə kiçik bir şüşədə sidik nümunəsi götürdü və günü sabah xəstəyə
baş çəkəcəyini vəd elədi.
- Bu gün əhvalım yaxşıdır. Gəldiyinizə görə sizə minnətdaram. Amma əminəm ki, sizin xidmətinizə bir gərək yoxdur.
Həkim: "Hara belə tələsirsiniz?” - deyə soruşdu və sözlü adam kimi öskürərək əlavə elədi:
- Mən ziyarətinizə tək gəlməmişəm ha.
- Dostumdur, adı Valerio Melitodur, - deyə doktor onu təqdim elədi. - Buradan çıxandan sonra daha bir xəstəyə baş çəkəcəkdim, odur ki, don Valeriodan mənə yoldaşlıq etməsini istədim.
Şröder quru tərzdə dilləndi:
- Lap əcəb eləmisiniz. Keçin, oturun.
- Zəliylə qan almaq? Buna nə gərək varmış?!
Həkim onu razı salmağa çalışdı:
- Bunun sizə ancaq faydası toxunar, çünki ondan sonra özünüzü fərqli bir adam kimi hiss edəcəksiniz. Zəli çalışqan insanlara həmişə müsbət təsir göstərir. Cəmi-cümlətanı ikicə dəqiqə vaxtınızı alacaq bu.
Bunu deyən Luqozi plaşının altından içində üç zəli olan şüşə qabı çıxardı. Onu masanın üstünə qoyub, dedi:
- Bunlardan hər biləyinizə birini qoyun. Bir az saxlayın, özləri damarınızı tapacaqlar. Nə gizlədim, iyirmi ildir müalicə işiylə məşğulam, amma əlimə zəli alanda özüm də hələ çimçişərəm.
Şröder soyuqqanlı tərzdə dedi:
- Verin görüm onu.
Keçib, nədənsə dostunun yanında əyləşən Luqozi dedi:
- Sizin bəlkə heç ağlınıza da gəlməz, amma don Valerio sizi tanıyır.
Zəlilər qanını rahatca sümürsün deyə, halsızlaşan biləklərini ovucları tavana baxacaq şəkildə döşəyin üstünə qoyaraq oturan Şröder dilləndi:
- Necə tanış olduğumuz heç yadıma gəlmir.
Sonra da əlavə elədi:
- Bu səhər yağış yağmır ki, Luqozi? Heç pəncərədən bayıra da baxmamışam. Yağış yağsa, görəcəyim o qədər işin hamısı tökülüb, qalacaq.
Həkim bu məsələyə sən deyən önəm vermədiyindən ağızucu dedi:
- Yox, yağmır. Don Valerio dedi ki, sizi tanıyır və təkrar sizinlə görüşməyə can atır.
Melito naxoş və boğuq bir səslə dilləndi:
- İzninizlə izah edim: indiyədək sizinlə şəxsən tanışlıq şərəfinə nail olmamışam, ancaq sizinlə bağlı mən elə şeylər bilirəm ki, bunlar yatsanız, heç yuxunuza da girməz.
Melito davam elədi:
- Üç ay əvvəl olub bu. Xatırlamağa çalışın: üç ay əvvəl siz arabanızla köhnə sərhədin yanındakı yoldan heç keçmisiniz?
Şröder dedi:
- Ola bilər. Ancaq bunu da dəqiq xatırlamıram.
- Bəs döngələrdən birində sürüşüb, yoldan çıxdığınız necə, xatirinizə gəlir?
Çağırılmamış qonağı soyuqqanlılıqla süzən tacir razılaşdı:
- Hə, gəlir.
- Onda təkərlərdən biri yoldan çıxmışdı və at nə qədər əlləşsə də, o təkəri təkrar yola qaytara bilməmişdi.
- Hə, məhz belə də olmuşdu. Bəs siz onda haradaydınız?
- Həqiqətən də. Həm də o gün göylər şıdırğı yağış tökürdü.
Özündən razı görünən Melito bunu təsdiqlədi:
- Həm də nəyi var! Siz təkərlə hıqqanıb-nıqqananda hündürboylu, qarayanız, qəribə bir kişi sizə yaxınlaşmadı ki?
Əlini yelləyən Şröder dedi:
- Nə isə yadıma gəlmir. Bura baxın, Luqozi, bu zəlilərlə mən hələ çox belə oturacağam? Lap qurbağa kimi şişiblər zalımlar. Bezdim axı lap, bayaq da sizə dedim ki, işim-gücüm başımdan aşır mənim.
Don Valerio isə israrla öz söhbətinə davam edirdi:
- O hündürboylu, qarayanız adamın başında silindrə bənzər bir şlyapa yox idi ki? Yeridikcə o papaqdakı kiçik zınqırovun cingildədiyini necə, xatırlayırsınızmı?
Şröder dilləndi:
- Hə-ə, indi xatırladım. Amma bütün bunların bizə nə dəxli var axı?
Melito dedi:
- Heç bir dəxli yoxdur. Demək istəyirdim ki, sizi məhz onda görmüşdüm və yaddaşım da yetərincə güclüdür. Çox təəssüf ki, həmin gün mən çox uzaqdaydım, aramızda bir yarğan və haradasa beş yüz metrlik məsafə vardı. Bir ağacın çətiri altda yağışdan qorunanda seyr eləmişdim bütün bunları.
- Haradan bilim onun kim olduğunu? Axı uzaqdan müşahidə edirdim sizi. Bəs sizcə, kim idi o adam?
Tacir dedi:
- Avara-səfilin biriymiş də yəqin! Mənə elə gəldi ki, o, lal-kar biridir. Ondan yaxınlaşıb, kömək etməsini istədiyimdə gücənərək cırıltıyabənzər səslər çıxartdı və mən bundan heç nə anlamadım.
- Sonra isə siz ona tərəf yönəldiniz, o, geri-geri çəkildi, siz də qolundan tutub itələməklə onu arabanı birlikdə dartmağa məcbur elədiniz. Belə oldu, ya yox? Gerçəyi söyləyin.
Şübhəyə qapılan Şröder o ara lap özündən çıxdı:
- Bütün bunların nə mənası var axı? Mən ona bir yamanlıq eləmədim ki? Əksinə, hələ ovcuna iki lirə də basdım.
Melito pıçıltıyla həkimdən soruşdu:
- Eşitdiniz də?
Sonra səsini yüksəldərək Şröderə dedi:
- Bəli, bütün bunların heç bir mənası yoxdur. Ancaq mənim hər şeyi gördüyümlə razılaşmalısınız.
Melito həkimə tərəf qanrıldı və başıyla bu deyilənləri təsdiqlədi. Bunu edərkən onun plaşının ətəyi aralandı və gözlərini əsla ondan çəkməyən Şröderin rəngi tamamilə avazıdı. Onun səsindəki sayğı çaları bayaqdan bəri ilk dəfə azaldı:
- İnciməyin, don Valerio, amma niyə üzərinizdə silah daşıyırsınız ki? Onu girişdə təhvil də verə bilərdiniz? Səhv etmirəmsə, buralarda belə bir adət var.
Bundan peşman olduğunu bildirməkdən ötrü Melito bir əliylə alnına şillə vurub, uca səslə dilləndi:
- Allah xətrinə, günahımdan keçin! Məni düzgün başa düşün. Adətən, üstümdə silah-filan daşımadığım üçün indi də bunu tamam unutmuşam. Guya bu gün bu mahalı at belində gəzib-dolanacaqdım bir az.
- Sizcə, necə təəssürat bağışlaya bilərdi ki? Ağzınızda "avara-səfil” deyirsiniz də.
- Bəs o hər addım atdıqca cingildəyən zınqırovdan ətrafa yayılan səsin nə mənası vardı, sizcə?
Özünə qurulan tələdən yayınmağa çalışırmış kimi Şröder hər sözü ölçüb-biçərək dilləndi:
- Düşündüm ki, qaraçıdır o. Başqalarının diqqətini çəkmək üçün onların zınqırovdan yararlandığına bir neçə dəfə şahid olmuşam çünki.
Bu qənaətdən hədsiz xoşhallanmış kimi görünən Melito çığırdı:
- Deməli, qaraçı, hə? Siz onu bir qaraçı sanmışdınız, eləmi?
Şröder narazı halda Luqoziyə sarı çöndü:
- Nə oyundur ey, bu belə? Niyə məni sorğu-suala tutub bu adam? Əzizim Luqozi, bu oyunlardan tamam bezdim mən. Nə istədiyinizi açıq deyin, mən də işimi bilim də.
Səsini başına atan Şröder dedi:
- Əgər o avara-səfilin başına bir bəla gəlibsə və bunun təqsirini də məndə görürsünüzsə, bunu açıq-aşkar söyləyin, cənablar. Səmimi söyləyin ki, mən də bilim. Yoxsa onun öldürüldüyünümü demək istəyirsiniz?
Özünü yaranmış durumun ağası sanan Melito hırıldayaraq dedi:
- Ölüb-öldürülməkdən söhbət getmir, canım! Bu hardan gəldi ağlınıza? Qanınızı qaraltdımsa, baxın, bunu özümə əsla bağışlamaram. Həkim dostum mənə dedi ki, Kavaler ordeninin sahibi Şröder kəndə gəlib, gedək onun ziyarətinə. Mən də: "Onu tanıyıram” dedim. O da "Lap yaxşı, sizi görsə, lap sevinər” dedi. Əgər istəmədən qanınızı qaraltdımsa, buna dərindən təəssüf edirəm...
Tacir əbəs yerə özündən çıxdığını anladı:
- Əslində əsəblərimi cilovlaya bilmədiyim üçün mən sizdən üzr istəyirəm. Özümü istintaqa çəkilən biri kimi hiss elədim. Əgər nə isə baş veribsə, onu uzatmadan, maneəsiz söyləyin, getsin də.
Az əvvəl coşub, özündən çıxdığı dəm yerindən sürüşən zəliləri təkrar əvvəlki yerlərinə qoyan Şröder artıq özündən əmin bir tərzdə xəbər aldı:
- Bir şikayət-filanmı? Mənə qarşı şübhə doğuran nə isə var ki?
Həkim öz dostuna üz tutdu:
- Don Valerio, bunu sizin açıqlamanız yerinə düşərdi.
Melito razılaşdı:
- Elə olsun. O gün arabanı dartmağa kömək edən adamın kimliyindən agahsınızmı?
- Vallah və billah, bilmirəm. Buna daha neçə kərə and içim?!
Melito başını tərpətdi:
- Sizə inanıram. Əslində demək istəyirdim ki, onun kim ola biləcəyi barədə hər hansı təxminləriniz varmı?
- Haradan bilim? Ya bir qaraçıydı, ya da avaragorun biri...
- Xeyr, o qaraçı-zad deyildi. Bəlkə keçmişdə qaraçı olubmuş, amma artıq... deyildi. Düzünə qalsa, o adam "C” hərfiylə başlayan birisiydi.
Yaddaşını ələk-vələk edən və üzündə bir təxmin axtarışı sezilən Şröder deyilən cümləni təkrarladı:
- "C” hərfiylə başlayan birisi?
Düzgün cavabı tapdığından çöhrəsi tamamilə işıqlanan Şröder soruşdu:
- Canimi?
Don Valerio qəhqəhə çəkdi:
- Cani? Bu, heç də fəna variant deyil ha! Kavaler Şröderin zarafatcıl biri olduğunu mənə deyərkən, siz tamamilə haqlıymışsınız, Luqozi!
Həmin dəm pəncərənin o biri üzündən başlayan yağışın səsi eşidildi. Tacir qətiyyətlə zəliləri biləyindən götürüb, şüşə qaba qoyaraq dedi:
- Yağış da başladı, mən artıq yola çıxmalıyam, yoxsa bütün işlərim tökülüb, qalacaq.
Ancaq Melito israrla ona xatırlatdı:
- "C” hərfiylə başlayan birisi.
Bunu deyib, gen plaşının altında qurdalanmağa başladı.
- Sizə dedim ki, bilmirəm də. Əgər deyəcək bir sözünüz varsa, söyləyin... "C” hərfiylə başlayan bir şey?.. Bəlkə "cəngavər”? – deyən tacirin səsində bir istehza çaları sezildi.
Rəngi-rufu kağız kimi ağaran tacir gözlərini bu iki nəfərə dikib, durmaqdaydı.
- Hə, nə olsun axı? Hətta cüzzamlı olsa belə?
Don Valerionun arxasında ürkəkcəsinə gizlənən həkim Luqozi dedi:
- Təəssüf ki, onun cüzzam xəstəsi olmasına hər hansı şübhə yoxdur. İndi sizin də cüzzama tutulmanız qədər.
Qəzəbdən titrəyən tacir ona çımxırdı:
- Bəsdir! Rədd olun buradan! Belə zarafatları başım heç götürməz! İkiniz də rədd olun!
O məqamda don Valerio plaşının altındakı tapançanın lüləsini tacirə göstərməyə məcbur qalaraq dedi:
- Mən – bu kəndin həkimiyəm, hörmətli Şröder. Sakitləşməniz məsləhətdir.
Şröder də çımxırdı:
- Kimlə çilingağac oynadığınızı mən indi sizə göstərərəm! Məndən başqa nə istəyirsiniz?
- Zınqırovu, eləmi? İndi sizə göstərərəm mən o zınqırovu! - deyə var səsiylə bağırmağa çalışdı Şröder, çünki eşitdiyi bu son hədələr canına əsl üşütmə salmışdı onun. Artıq fərqindəydi ki, dünən onu müayinə edən həkim hansısa şübhəyə qapıldığı üçün gedib bu xəbəri kəndin hakiminə çatdırmışdı. Sırf bir təsadüf ucbatından kənd hakimi üç ay əvvəl tacirin bir cüzam xəstəsinin qolundan tutduğuna şahid olmuşdu və Şröderlə bağlı hökm bu üzdən ləngimədən qüvvəyə minmişdi. Zəlilərin qoyulması isə diqqəti sırf bu məsələdən yayındırmaq üçün imiş.
Buna rəğmən, dilləndi:
- Bununla bağlı sizin hökmünüzə mənim bir ehtiyacım yoxdur, sarsaq hərflər. Mən sizə göstərəcəyəm, görəcəksiniz ki...
Üzündə şeytani bir təbəssüm dolaşan Melito ona göstəriş verdi:
- Pencəyinizi geyinin. Geyinin və rədd olub gedin buralardan!
Əvvəlki qüruru nisbətən sarsılan Şröder dedi:
- İmkan verin barı əşyalarımı yığım! Yır-yığışdan sonra gedəcəyəm, heç narahat olmayın.
Bayaqdan özünə hədsiz güvənən Şröder artıq əl boyda uşaq kimi hakimə yalvarmağa başladı:
- Necə yəni? Barı paltarlarımı, pullarımı götürüm... Onlar da olmaz ki?
- Gödəkçə və plaşı götürə bilərsiniz. Geriyə qalanlar isə yandırılacaq. Araba ilə at artıq külə çevrilib.
Tacir kəkələdi:
- Necə yəni? Bununla nə demək istəyirsiniz?
Onun bunca ümidsizliyə qapılmasından həzz duyan hakim dilləndi:
- Mövcud qanunun tələblərinə görə, atınız və arabanız yandırılıb. Hər halda siz cüzam xəstəsinin şəxsi at arabasında diyar-diyar dolaşacağını düşünmürsünüz, elə deyilmi?
Silahın hədəfinə çevrilən Şröder qapıdan çıxdığı zaman başını önünə əymişdi, baxışları kütləşmiş, çənəsi sallanmışdı, kötüyü xatırladan bədəni isə durmadan titrəyirdi.
Melitonun: "Zınqırov qaldı!” bağırması onun ürəyini lap yerindən oynatdı: hakim bayaqdan bəri əlində tutduğu sirli bağlamanı yerə tullayınca, ondan metala xas cingilti qopdu.
- Boynuna tax onu! - deyə əmr elədi Melito. - Cəld tərpənməsən, gülləyə tuş gələcəksən!
Şröderin əlləri necə aramsız titrəyirdisə, hakimin buyruqlarını tez-tələsik icra eləyə bilmirdi. Amma hər şeyə rəğmən, zınqırovun qayışını birtəhər boynuna taxdı və o, hər qımıldadıqca qarnına qədər sallanan zınqırov da cingildəməyə başladı.
- Zınqırovu əlində tut və yaxşıca titrət! Sözə bax da, ay öküz! Gördün, necə yaraşıqlı bir cüzamlı oldun? – deyən don Valerio kinayəsindən qalmadı.
Həkim mızıldandı:
- Məndə günah yoxdur. Bu, bir bədbəxtlik idi, oldu, həm də böyük bədbəxtlik oldu!
Hakim isə onu, eynilə bir heyvan kimi, qovurdu:
- Haydı, tərpən! Zınqırovunu çalmağı isə əsla unutma! Qoy sənin gəlişindən hər kəs agah olsun!
Üzünü önünə çevirən Şröder pilləkənlə enməyə başladı. Az sonra o, karvansaranın darvazasına yetişdi, oradan isə ağır addımlarla kənd meydanına tərəf üz tutdu.
O, yaxınlaşdıqca, qarşısındakı insanlar aralanıb, yol verirdilər ki, maneəsiz keçib-gedə bilsin. Meydan isə həm iriydi, həm də uzun.
Şröder artıq sərt şəkildə silkələyirdi öz zınqırovunu. Ondan da duru və şux bir səs qopurdu hər dəfə: zınq-zınq-zınq.
Sabahı gün Şröder özünü xeyli
gümrah hiss etdiyindən Luqozinin gəlişini gözləmədən yataqdan qalxdı. Əynini
tam geyinmədən təraş olduğu vaxt qapısı döyüldü. Gələn həkim idi. Üzünü
qırxmağından qalmayan Şröder səsləndi: "Gəlin!”.
Sonra isə üzünü həkimə çevirmədən
sözünə davam elədi:- Bu gün əhvalım yaxşıdır. Gəldiyinizə görə sizə minnətdaram. Amma əminəm ki, sizin xidmətinizə bir gərək yoxdur.
Həkim: "Hara belə tələsirsiniz?” - deyə soruşdu və sözlü adam kimi öskürərək əlavə elədi:
- Mən ziyarətinizə tək gəlməmişəm ha.
Geri qanrılan Şröder astanada, həkimin böyründə
iri şaqqallı, qırmızı sifətli, bic-bic qımışan və təxminən qırx yaşlarında bir
kişi gördü.
Özündən və hökmündən arxayın biri
kimi tanınan Şröder çaşqınlıq və sual dolu baxışlarını həkimə zillədi.- Dostumdur, adı Valerio Melitodur, - deyə doktor onu təqdim elədi. - Buradan çıxandan sonra daha bir xəstəyə baş çəkəcəkdim, odur ki, don Valeriodan mənə yoldaşlıq etməsini istədim.
Şröder quru tərzdə dilləndi:
- Lap əcəb eləmisiniz. Keçin, oturun.
Həkim, bir növ üzrxahlıq edərmiş
kimi, sözünün ardını gətirdi:
- Onsuz da bu gün müayinəyə bir gərək
yoxdur. Sidik örnəyi təmiz çıxdı. Ancaq zəli qoymaqla sizdən qan almam heç fəna
olmazdı.- Zəliylə qan almaq? Buna nə gərək varmış?!
Həkim onu razı salmağa çalışdı:
- Bunun sizə ancaq faydası toxunar, çünki ondan sonra özünüzü fərqli bir adam kimi hiss edəcəksiniz. Zəli çalışqan insanlara həmişə müsbət təsir göstərir. Cəmi-cümlətanı ikicə dəqiqə vaxtınızı alacaq bu.
Bunu deyən Luqozi plaşının altından içində üç zəli olan şüşə qabı çıxardı. Onu masanın üstünə qoyub, dedi:
- Bunlardan hər biləyinizə birini qoyun. Bir az saxlayın, özləri damarınızı tapacaqlar. Nə gizlədim, iyirmi ildir müalicə işiylə məşğulam, amma əlimə zəli alanda özüm də hələ çimçişərəm.
Şröder soyuqqanlı tərzdə dedi:
- Verin görüm onu.
Şüşə qabı əlinə alan tacir
çarpayıda əyləşdi, bir cüt zəlini necə məharətlə biləyinə qoydusa, görən deyərdi
ki, bütün ömrü boyu yəqin bu işlə məşğul olub. Həkimin naməlum tanışı hələ də
gen plaşını soyunmamışdı. O, başından çıxartdığı şlyapanı və əlindəki uzunsov
bağlamanı bu ara masanın üstünə qoydu. O heyndə bağlamadakı əşyadan metal
cingiltisi gəldi.
Bu adamın ta əvvəldən bəri Şröderdən
uzaq durmaq məqsədiylə kandara yaxın küncdə oturması ev sahibinin qəlbini gizli
bir təlaş hissiylə doldurdu.Keçib, nədənsə dostunun yanında əyləşən Luqozi dedi:
- Sizin bəlkə heç ağlınıza da gəlməz, amma don Valerio sizi tanıyır.
Zəlilər qanını rahatca sümürsün deyə, halsızlaşan biləklərini ovucları tavana baxacaq şəkildə döşəyin üstünə qoyaraq oturan Şröder dilləndi:
- Necə tanış olduğumuz heç yadıma gəlmir.
Sonra da əlavə elədi:
- Bu səhər yağış yağmır ki, Luqozi? Heç pəncərədən bayıra da baxmamışam. Yağış yağsa, görəcəyim o qədər işin hamısı tökülüb, qalacaq.
Həkim bu məsələyə sən deyən önəm vermədiyindən ağızucu dedi:
- Yox, yağmır. Don Valerio dedi ki, sizi tanıyır və təkrar sizinlə görüşməyə can atır.
Melito naxoş və boğuq bir səslə dilləndi:
- İzninizlə izah edim: indiyədək sizinlə şəxsən tanışlıq şərəfinə nail olmamışam, ancaq sizinlə bağlı mən elə şeylər bilirəm ki, bunlar yatsanız, heç yuxunuza da girməz.
Biganəlik sərgiləyən Şröder dedi:
- Heç bilmirəm buna nə deyim.Melito davam elədi:
- Üç ay əvvəl olub bu. Xatırlamağa çalışın: üç ay əvvəl siz arabanızla köhnə sərhədin yanındakı yoldan heç keçmisiniz?
Şröder dedi:
- Ola bilər. Ancaq bunu da dəqiq xatırlamıram.
- Bəs döngələrdən birində sürüşüb, yoldan çıxdığınız necə, xatirinizə gəlir?
Çağırılmamış qonağı soyuqqanlılıqla süzən tacir razılaşdı:
- Hə, gəlir.
- Onda təkərlərdən biri yoldan çıxmışdı və at nə qədər əlləşsə də, o təkəri təkrar yola qaytara bilməmişdi.
- Hə, məhz belə də olmuşdu. Bəs siz onda haradaydınız?
Qəhqəhə çəkərək, həkimə göz vuran
Melito dedi:
- O məqama bir azdan gələcəyəm.
Arabadan enmənizə rəğmən, siz də təkəri yola oturda bilmədiniz.- Həqiqətən də. Həm də o gün göylər şıdırğı yağış tökürdü.
Özündən razı görünən Melito bunu təsdiqlədi:
- Həm də nəyi var! Siz təkərlə hıqqanıb-nıqqananda hündürboylu, qarayanız, qəribə bir kişi sizə yaxınlaşmadı ki?
Əlini yelləyən Şröder dedi:
- Nə isə yadıma gəlmir. Bura baxın, Luqozi, bu zəlilərlə mən hələ çox belə oturacağam? Lap qurbağa kimi şişiblər zalımlar. Bezdim axı lap, bayaq da sizə dedim ki, işim-gücüm başımdan aşır mənim.
Həkim onu dilə tutdu:
- Bir-iki dəqiqə də dözün. Bir az
da səbr edin, əziz Şröder! Bədəninizdə baş verəcək müsbət dəyişiklikləri
sonradan özünüz də etiraf edəcəksiniz. Hələ saat heç on deyil, qarşıda görün
bir nə qədər vaxtınız var hələ!Don Valerio isə israrla öz söhbətinə davam edirdi:
- O hündürboylu, qarayanız adamın başında silindrə bənzər bir şlyapa yox idi ki? Yeridikcə o papaqdakı kiçik zınqırovun cingildədiyini necə, xatırlayırsınızmı?
Şröder dilləndi:
- Hə-ə, indi xatırladım. Amma bütün bunların bizə nə dəxli var axı?
Melito dedi:
- Heç bir dəxli yoxdur. Demək istəyirdim ki, sizi məhz onda görmüşdüm və yaddaşım da yetərincə güclüdür. Çox təəssüf ki, həmin gün mən çox uzaqdaydım, aramızda bir yarğan və haradasa beş yüz metrlik məsafə vardı. Bir ağacın çətiri altda yağışdan qorunanda seyr eləmişdim bütün bunları.
Ona çatdırmaq istədiyi bir mətləb
varsa, bunu uzadıb-çürütmədən, birbaşa deməsinin daha uyğun olacağını Melitoya
bildirərmişcəsinə Şröder sərt şəkildə soruşdu:
- Kim idi axı o adam?- Haradan bilim onun kim olduğunu? Axı uzaqdan müşahidə edirdim sizi. Bəs sizcə, kim idi o adam?
Tacir dedi:
- Avara-səfilin biriymiş də yəqin! Mənə elə gəldi ki, o, lal-kar biridir. Ondan yaxınlaşıb, kömək etməsini istədiyimdə gücənərək cırıltıyabənzər səslər çıxartdı və mən bundan heç nə anlamadım.
- Sonra isə siz ona tərəf yönəldiniz, o, geri-geri çəkildi, siz də qolundan tutub itələməklə onu arabanı birlikdə dartmağa məcbur elədiniz. Belə oldu, ya yox? Gerçəyi söyləyin.
Şübhəyə qapılan Şröder o ara lap özündən çıxdı:
- Bütün bunların nə mənası var axı? Mən ona bir yamanlıq eləmədim ki? Əksinə, hələ ovcuna iki lirə də basdım.
Melito pıçıltıyla həkimdən soruşdu:
- Eşitdiniz də?
Sonra səsini yüksəldərək Şröderə dedi:
- Bəli, bütün bunların heç bir mənası yoxdur. Ancaq mənim hər şeyi gördüyümlə razılaşmalısınız.
O ara tacirin üz-gözünün
bürüşdüyünün fərqinə varan həkim onu sakitləşdirdi:
- Təşvişə qapılmayın, əziz
Şröder! Dostum don Valerio bu cür zarafatları xoşlayır. Sizi də bir azca
karıxdırmaq istədi sadəcə.Melito həkimə tərəf qanrıldı və başıyla bu deyilənləri təsdiqlədi. Bunu edərkən onun plaşının ətəyi aralandı və gözlərini əsla ondan çəkməyən Şröderin rəngi tamamilə avazıdı. Onun səsindəki sayğı çaları bayaqdan bəri ilk dəfə azaldı:
- İnciməyin, don Valerio, amma niyə üzərinizdə silah daşıyırsınız ki? Onu girişdə təhvil də verə bilərdiniz? Səhv etmirəmsə, buralarda belə bir adət var.
Bundan peşman olduğunu bildirməkdən ötrü Melito bir əliylə alnına şillə vurub, uca səslə dilləndi:
- Allah xətrinə, günahımdan keçin! Məni düzgün başa düşün. Adətən, üstümdə silah-filan daşımadığım üçün indi də bunu tamam unutmuşam. Guya bu gün bu mahalı at belində gəzib-dolanacaqdım bir az.
Bunları səmimi deyib, başını
sağa-sola yelləsə də, nədənsə tapançasını belindən açmırdı o. Sonra daha bir
sual verdi:
- O avara-səfil adam sizə necə təəssürat
bağışladı, maraqlıdır?- Sizcə, necə təəssürat bağışlaya bilərdi ki? Ağzınızda "avara-səfil” deyirsiniz də.
- Bəs o hər addım atdıqca cingildəyən zınqırovdan ətrafa yayılan səsin nə mənası vardı, sizcə?
Özünə qurulan tələdən yayınmağa çalışırmış kimi Şröder hər sözü ölçüb-biçərək dilləndi:
- Düşündüm ki, qaraçıdır o. Başqalarının diqqətini çəkmək üçün onların zınqırovdan yararlandığına bir neçə dəfə şahid olmuşam çünki.
Bu qənaətdən hədsiz xoşhallanmış kimi görünən Melito çığırdı:
- Deməli, qaraçı, hə? Siz onu bir qaraçı sanmışdınız, eləmi?
Şröder narazı halda Luqoziyə sarı çöndü:
- Nə oyundur ey, bu belə? Niyə məni sorğu-suala tutub bu adam? Əzizim Luqozi, bu oyunlardan tamam bezdim mən. Nə istədiyinizi açıq deyin, mən də işimi bilim də.
Karıxan həkim ona ürək-dirək
verdi:
- Təlaşlanmayın, siz Allah.Səsini başına atan Şröder dedi:
- Əgər o avara-səfilin başına bir bəla gəlibsə və bunun təqsirini də məndə görürsünüzsə, bunu açıq-aşkar söyləyin, cənablar. Səmimi söyləyin ki, mən də bilim. Yoxsa onun öldürüldüyünümü demək istəyirsiniz?
Özünü yaranmış durumun ağası sanan Melito hırıldayaraq dedi:
- Ölüb-öldürülməkdən söhbət getmir, canım! Bu hardan gəldi ağlınıza? Qanınızı qaraltdımsa, baxın, bunu özümə əsla bağışlamaram. Həkim dostum mənə dedi ki, Kavaler ordeninin sahibi Şröder kəndə gəlib, gedək onun ziyarətinə. Mən də: "Onu tanıyıram” dedim. O da "Lap yaxşı, sizi görsə, lap sevinər” dedi. Əgər istəmədən qanınızı qaraltdımsa, buna dərindən təəssüf edirəm...
Tacir əbəs yerə özündən çıxdığını anladı:
- Əslində əsəblərimi cilovlaya bilmədiyim üçün mən sizdən üzr istəyirəm. Özümü istintaqa çəkilən biri kimi hiss elədim. Əgər nə isə baş veribsə, onu uzatmadan, maneəsiz söyləyin, getsin də.
Həkim bu yerdə ehtiyatla söhbətə
qoşuldu:
- Əslinə qalanda, həqiqətən də
bir iş baş verib.Az əvvəl coşub, özündən çıxdığı dəm yerindən sürüşən zəliləri təkrar əvvəlki yerlərinə qoyan Şröder artıq özündən əmin bir tərzdə xəbər aldı:
- Bir şikayət-filanmı? Mənə qarşı şübhə doğuran nə isə var ki?
Həkim öz dostuna üz tutdu:
- Don Valerio, bunu sizin açıqlamanız yerinə düşərdi.
Melito razılaşdı:
- Elə olsun. O gün arabanı dartmağa kömək edən adamın kimliyindən agahsınızmı?
- Vallah və billah, bilmirəm. Buna daha neçə kərə and içim?!
Melito başını tərpətdi:
- Sizə inanıram. Əslində demək istəyirdim ki, onun kim ola biləcəyi barədə hər hansı təxminləriniz varmı?
- Haradan bilim? Ya bir qaraçıydı, ya da avaragorun biri...
- Xeyr, o qaraçı-zad deyildi. Bəlkə keçmişdə qaraçı olubmuş, amma artıq... deyildi. Düzünə qalsa, o adam "C” hərfiylə başlayan birisiydi.
Yaddaşını ələk-vələk edən və üzündə bir təxmin axtarışı sezilən Şröder deyilən cümləni təkrarladı:
- "C” hərfiylə başlayan birisi?
Üzündə şux təbəssüm dolaşan
Melito təsdiqlədi:
- Hə, məhz "C” hərfiylə başlayan.Düzgün cavabı tapdığından çöhrəsi tamamilə işıqlanan Şröder soruşdu:
- Canimi?
Don Valerio qəhqəhə çəkdi:
- Cani? Bu, heç də fəna variant deyil ha! Kavaler Şröderin zarafatcıl biri olduğunu mənə deyərkən, siz tamamilə haqlıymışsınız, Luqozi!
Həmin dəm pəncərənin o biri üzündən başlayan yağışın səsi eşidildi. Tacir qətiyyətlə zəliləri biləyindən götürüb, şüşə qaba qoyaraq dedi:
- Yağış da başladı, mən artıq yola çıxmalıyam, yoxsa bütün işlərim tökülüb, qalacaq.
Ancaq Melito israrla ona xatırlatdı:
- "C” hərfiylə başlayan birisi.
Bunu deyib, gen plaşının altında qurdalanmağa başladı.
- Sizə dedim ki, bilmirəm də. Əgər deyəcək bir sözünüz varsa, söyləyin... "C” hərfiylə başlayan bir şey?.. Bəlkə "cəngavər”? – deyən tacirin səsində bir istehza çaları sezildi.
Melito ilə həkim yanaşı
dayanaraq, kürəklərini qapıya söykəmişdilər. Heç birinin üzündən təbəssüm yox,
zəhm yağırdı. Melito ağır-ağır sözə başladı:
- O nə "cani”ydi, nə də "cəngavər”.
O – cüzzamlı biri idi.Rəngi-rufu kağız kimi ağaran tacir gözlərini bu iki nəfərə dikib, durmaqdaydı.
- Hə, nə olsun axı? Hətta cüzzamlı olsa belə?
Don Valerionun arxasında ürkəkcəsinə gizlənən həkim Luqozi dedi:
- Təəssüf ki, onun cüzzam xəstəsi olmasına hər hansı şübhə yoxdur. İndi sizin də cüzzama tutulmanız qədər.
Qəzəbdən titrəyən tacir ona çımxırdı:
- Bəsdir! Rədd olun buradan! Belə zarafatları başım heç götürməz! İkiniz də rədd olun!
O məqamda don Valerio plaşının altındakı tapançanın lüləsini tacirə göstərməyə məcbur qalaraq dedi:
- Mən – bu kəndin həkimiyəm, hörmətli Şröder. Sakitləşməniz məsləhətdir.
Şröder də çımxırdı:
- Kimlə çilingağac oynadığınızı mən indi sizə göstərərəm! Məndən başqa nə istəyirsiniz?
Mümkün hücumu dəf etmək məqsədiylə
Melito gözlərini tacirdən çəkmirdi artıq. Şröderə dedi:
- Bu paketdə sizin üçün gətirdiyimiz
zınqırov da var! İndicə bu karvansaranı, sonra kəndi, daha sonra isə
krallığımızı tərk edənə qədər siz bu zınqırovu cingildədəcəksiniz.- Zınqırovu, eləmi? İndi sizə göstərərəm mən o zınqırovu! - deyə var səsiylə bağırmağa çalışdı Şröder, çünki eşitdiyi bu son hədələr canına əsl üşütmə salmışdı onun. Artıq fərqindəydi ki, dünən onu müayinə edən həkim hansısa şübhəyə qapıldığı üçün gedib bu xəbəri kəndin hakiminə çatdırmışdı. Sırf bir təsadüf ucbatından kənd hakimi üç ay əvvəl tacirin bir cüzam xəstəsinin qolundan tutduğuna şahid olmuşdu və Şröderlə bağlı hökm bu üzdən ləngimədən qüvvəyə minmişdi. Zəlilərin qoyulması isə diqqəti sırf bu məsələdən yayındırmaq üçün imiş.
Buna rəğmən, dilləndi:
- Bununla bağlı sizin hökmünüzə mənim bir ehtiyacım yoxdur, sarsaq hərflər. Mən sizə göstərəcəyəm, görəcəksiniz ki...
Üzündə şeytani bir təbəssüm dolaşan Melito ona göstəriş verdi:
- Pencəyinizi geyinin. Geyinin və rədd olub gedin buralardan!
Əvvəlki qüruru nisbətən sarsılan Şröder dedi:
- İmkan verin barı əşyalarımı yığım! Yır-yığışdan sonra gedəcəyəm, heç narahat olmayın.
Hakim ona sərt xəbərdarlıq elədi:
- Əşyalarınız yandırılacaq. Təkcə
zınqırovu özünüzlə götürə bilərsiniz.Bayaqdan özünə hədsiz güvənən Şröder artıq əl boyda uşaq kimi hakimə yalvarmağa başladı:
- Necə yəni? Barı paltarlarımı, pullarımı götürüm... Onlar da olmaz ki?
- Gödəkçə və plaşı götürə bilərsiniz. Geriyə qalanlar isə yandırılacaq. Araba ilə at artıq külə çevrilib.
Tacir kəkələdi:
- Necə yəni? Bununla nə demək istəyirsiniz?
Onun bunca ümidsizliyə qapılmasından həzz duyan hakim dilləndi:
- Mövcud qanunun tələblərinə görə, atınız və arabanız yandırılıb. Hər halda siz cüzam xəstəsinin şəxsi at arabasında diyar-diyar dolaşacağını düşünmürsünüz, elə deyilmi?
Bunun ardınca acı qəhqəhə çəkən
hakim tacirin üstünə şeşələndi:
- Haydı, tərpən! Get buralardan!
Yoxsa elə sanırsan ki, burada saatlarca oturub sənin nazınla oynamalıyam?!
İtil gözümdən, iyrənc köpək!Silahın hədəfinə çevrilən Şröder qapıdan çıxdığı zaman başını önünə əymişdi, baxışları kütləşmiş, çənəsi sallanmışdı, kötüyü xatırladan bədəni isə durmadan titrəyirdi.
Melitonun: "Zınqırov qaldı!” bağırması onun ürəyini lap yerindən oynatdı: hakim bayaqdan bəri əlində tutduğu sirli bağlamanı yerə tullayınca, ondan metala xas cingilti qopdu.
- Boynuna tax onu! - deyə əmr elədi Melito. - Cəld tərpənməsən, gülləyə tuş gələcəksən!
Şröderin əlləri necə aramsız titrəyirdisə, hakimin buyruqlarını tez-tələsik icra eləyə bilmirdi. Amma hər şeyə rəğmən, zınqırovun qayışını birtəhər boynuna taxdı və o, hər qımıldadıqca qarnına qədər sallanan zınqırov da cingildəməyə başladı.
- Zınqırovu əlində tut və yaxşıca titrət! Sözə bax da, ay öküz! Gördün, necə yaraşıqlı bir cüzamlı oldun? – deyən don Valerio kinayəsindən qalmadı.
Bu iyrənc səhnədən diksinib,
karıxan həkim isə bir küncə sığınmışdı.
Şröder taqətsiz addımlarla pilləkənlə
aşağı enməyə başladı. Başı küçələrdə avaralanan sarsaqlarınkı kimi gah o,
gah bu tərəfə əyilirdi. İki pillə enəndən sonra o, geri çönüb baxışlarıyla həkimi
axtarıb tapdı, uzun-uzadı onun gözlərinin düz içinə baxdı, durdu.Həkim mızıldandı:
- Məndə günah yoxdur. Bu, bir bədbəxtlik idi, oldu, həm də böyük bədbəxtlik oldu!
Hakim isə onu, eynilə bir heyvan kimi, qovurdu:
- Haydı, tərpən! Zınqırovunu çalmağı isə əsla unutma! Qoy sənin gəlişindən hər kəs agah olsun!
Üzünü önünə çevirən Şröder pilləkənlə enməyə başladı. Az sonra o, karvansaranın darvazasına yetişdi, oradan isə ağır addımlarla kənd meydanına tərəf üz tutdu.
O, yaxınlaşdıqca, qarşısındakı insanlar aralanıb, yol verirdilər ki, maneəsiz keçib-gedə bilsin. Meydan isə həm iriydi, həm də uzun.
Şröder artıq sərt şəkildə silkələyirdi öz zınqırovunu. Ondan da duru və şux bir səs qopurdu hər dəfə: zınq-zınq-zınq.
Dino BUTSATİ
Dilimizə çevirdi: Azad Yaşar