cümə axşamı, 29 sentyabr, 18:13

Baku Bakı 23°C

Bu il 62 şəxs əvvəlki işinə bərpa olunub

icon 319 icon 11 avqust 2022 | 13:30 Bu il 62 şəxs əvvəlki işinə bərpa olunub

Bu il 62 şəxs əvvəlki işinə bərpa olunub.

Bu barədə "Kaspi"yə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən məlumat verilib.

Bildirilib ki, nazirlik yanında Dövlət Əmək Müfəttişliyi Xidməti 2022-ci ilin 7 ayı ərzində vətəndaş müraciətlərini araşdırarkən 62 işçinin əmək müqavilələrinə qanunvericiliyin tələbləri pozulmaqla xitam verildiyini müəyyən edib.

Xidmətin qanunvericiliyə əsasən gördüyü tədbirlər nəticəsində həmin işçilər yenidən əvvəlki işlərinə bərpa olunublar.