• cümə axşamı, 25 aprel, 13:25
  • Baku Bakı 23°C

Bu gündən çimərliklərin fəaliyyətinə icazə verilir

10.06.21 09:00 220
Bu gündən çimərliklərin fəaliyyətinə icazə verilir
Bu gündən Azərbaycanda çimərliklərin və onların ərazisində yerləşən hovuzların, su attraksionlarının və idman oyunu yerlərinin fəaliyyətinə icazə verilir.
APA-nın xəbərinə görə, bu barədə Nazirlər Kabinetinin "Xüsusi karantin rejiminin müddətinin uzadılması və bəzi məhdudiyyətlərin aradan qaldırılması ilə bağlı tədbirlər barədə” qərarında əks olunub.
Qərara əsasən, koronavirus infeksiyasına qarşı Nazirlər Kabinetinin qərarları ilə, həmçinin digər dövlət orqanları (qurumları) tərəfindən müəyyən edilmiş bütün tələblərə və metodiki göstərişlərə əməl edilməsi məcburidir.

banner

Oxşar Xəbərlər