• şənbə, 27 Aprel, 04:28
  • Baku Bakı 14°C

Boksçu Məhəmmədrəsul Məcidov 1/8 finala yüksəlib

10.08.16 08:20 958
Boksçu Məhəmmədrəsul Məcidov 1/8 finala yüksəlib
Rio-2016 Yay Olimpiya Oyunlarında boks yarışları davam edir.

Apasport.az saytının məlumatına görə, аzərbaycanlı bokssevərlər günə Məhəmmədrəsul Məcidovun döyüşü ilə yekun vurublar.

Superağır çəkidə (+91 kq) mübarizə aparan idmançımız da ilk olaraq 1/16 finalda çıxış edib. Onun rəqibi isə mərakeşli Mohammed Arjaoui olub. Rəqibinə 3:0 hesabı ilə qalib gələn təmsilçimiz 1/8 finala yüksəlib. O, bu mərhələdə qazaxıstanlı İvan Diçko ilə qarşılaşacaq.

Qeyd edək ki, yarışın V günündə аzərbaycanlı boksçu Kamran Şahsuvarlı 1/8 finala yüksəlib. O, bu mərhələdə Rusiyalı Artyom Çebotaryov ilə döyüşəcək. Həmin matç avqustun 13-də keçiriləcək.

Daha bir аzərbaycanlı boksçu Albert Səlimov 1/4 finala yüksəlib.
banner

Oxşar Xəbərlər