AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

Bölgələrdə insanlara vaksin seçimi etmək imkanı yaradılır

Bölgələrdə insanlara vaksin seçimi etmək imkanı yaradılır

Cəmiyyət
10 İyun 2021, 11:30 96
Azərbaycanda artıq bir neçə rayonda vətəndaşlar üçün koronavirus vaksinləri ilə bağlı seçim imkanı yaradılıb.
 
TƏBİB-dən Trend-ə verilən məlumata görə, Bakı şəhəri və 6 regionda - Lənkəran, Şəki, Gəncə, Mingəçevir, Abşeron və Sumqayıtda "CoronaVac” vaksini ilə yanaşı "Vaxzevria” peyvəndi də tətbiq olunur.

Həkim ekspertlərin fikrincə isə, regionlarda fərqli vaksinlərin tətbiq edilməsi üçün ilk növbədə həmin vaksinlərin saxlanmasına şərait yaradılmalıdır. Misal üçün "Pfizer” vaksini mənfi 75 dərəcə temperaturda xüsusi saxlanma şəraiti tələb edir. Buna görə də soyuq zəncir, preparatın şüşələrə doldurulması anından başlayaraq peyvəndin peyvəndləməni icra edən tibb müəssisələrinə qədər xüsusi bokslarda daşınması təmin edilməlidir. Bu baxımdan ekspertlər düşünür ki, müvafiq şərait yaradıldıqca, fərqli vaksinlərin tətbiq edildiyi regionların əhatə dairəsi də genişlənəcək.