• cümə axşamı, 28 mart, 14:55
  • Baku Bakı 16°C

“Beynəlxalq təşkilatlar partiyamızı boykot edir”

08.05.13 09:53 1803
“Beynəlxalq təşkilatlar partiyamızı boykot edir”
Bunu Modern.az- açıqlamasında ADP sədri Sərdar Cəlaloğlu ATƏT-in Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Joao Suareslə görüşə dəvət almamalarının səbəblərindən danışarkən deyib. Partiya sədri onu da əlavə edib ki, məsələnin səbəblərini ATƏT-dən soruşmaq lazımdır. “Yaxşı olar ki, ATƏT-in Bakı ofisi ilə əlaqə saxlayıb onlardan soruşasınız xeyri ola bizi dəvət etməyiblər?”-deyə mesaj verib.
Xatırladaq ki, Azərbaycanın aparıcı siyasi partiya liderləri ATƏT-in Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Joao Suareslə görüş keçirib. Qapalı masa arxasında baş tutan görüşdə Müsavat başqanı ilə yanaşı, AXCP sədri Əli Kərimli, Ümid Partiyasının sədri İqbal Ağazadə, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Qüdrət Həsənquliyev, Böyük Quruluş Partiyasının başqanı Fazil Mustafa, Demokratik İslahatlar Partiyasının sədri Asim Mollazadə, Vətəndaş Həmrəyliyi Partiyasının sədri Sabir Rüstəmxanlı, Milli Dirçəliş Hərəkatı Partiyasının sədri Fərəc Quliyev və hakim Yeni Azərbaycan partiyasının icra katibinin müavini Mübariz Qurbanlı iştirak ediblər.
banner

Oxşar Xəbərlər