AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

Bayram namazı kütləvi şəkildə qılınmayacaq - Hacı Şahin Həsənli

Bayram namazı kütləvi şəkildə qılınmayacaq - Hacı Şahin Həsənli

Cəmiyyət
07 May 2021, 13:30 448
Azərbaycanda bu ildə pandemiya səbəbindən bayram namazı kütləvi şəkildə qılınmayacaq.
 
Bunu Trend-ə açıqlamasında Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) nümayəndəsi Hacı Şahin Həsənli deyib.
 
Ş.həsənli bildirib ki, çox güman ki, Azərbaycan ərazisində mayın 12-si axşam ay görünəcəksə mayın 13-ü Ramazan bayramı gününə təsadüf edəcək: "Məlum olduğu kimi Ramazan bayramı günündə bayram namazı qılınır. Yəni bayram namazı Ramazan bayramının ayinlərindən biridir. Ancaq bu bayram da pandemiya dövrünə təsadüf etdiyinə görə, bayram namazı məscidlərdə camaatla qılınmayacaq.

İnsanlar fərdi qaydada evdə bayram namazını qıla bilərlər. Ancaq camaatla bir yerdə qılınmayacaq, çünki hazrda insanların kütləvi şəkildə bir araya gəlməsi mümkün deyil.