AZE | RUS | ENG |

“Başqa bir Messi doğulmayacaq, Ronaldoya isə o bənzəyir”

“Başqa bir Messi doğulmayacaq, Ronaldoya isə o bənzəyir”
"Monako”nun futbolçusu Sesk Fabreqas Lionel Messi, Kriştiano Ronaldo və Kilian Mbappe arasında müqayisə aparıb.
 
Kaspi.az xəbər verir ki, Fabreqas Mbappeni olduqca istedadlı futbolçu kimi xarakterizə edib. O, Kilianın daha çox Ronaldoya bənzədiyini deyib: 
 
"Hər dəfə Mbappeyə baxdıqda, özümü onunla eyni meydanda təsəvvür edirəm.  Əgər o, belə davam etsə, ciddiliyini, nizam-intizamı qorusa, onda onun bacarığı sərhədsiz olacaq. 
 
Düşünmürəm ki, bundan sonra yeni bir Messi doğulacaq. Ronaldo isə xüsusi mentalitetə sahibdir. Mbappe daha çox Ronaldoya bənzəyir. 
 
Kilian gəncdir, özünə inamı var, istedadlıdır, güclüdür. O, heç bir müdafiəçidən çəkinmir. Daim yeni nəsə etməyə cəhd göstərir”. 
 
Fabreqas "Monako”da bu ilin yanvarından çıxış edir. 


Paylaş:

Facebook-da

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
USD 1 1 ABŞ dolları 1.7
EUR 1 1 Avro 1.8856
GEL 1 1 Gürcüstan larisi 0.5846
GBP 1 1 İngiltərə funt sterlinqi 2.0666
IRR 100 100 İran rialı 0.004
SEK 1 1 İsveç kronu 0.1759
CHF 1 1 İsveçrə frankı 1.7355
KWD 1 1 Küveyt dinarı 5.5864
TRY 1 1 Türkiyə lirəsi 0.3045