AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

Bakıdan iqtisadi məsələlər üzrə geniş tərkibli nümayəndə heyəti Tehrana gedir

Bakıdan iqtisadi məsələlər üzrə geniş tərkibli nümayəndə heyəti Tehrana gedir

Cəmiyyət
17 Yanvar 2021, 16:00 167

Sabah Bakıdan iqtisadi məsələlər üzrə geniş tərkibli nümayəndə heyəti Tehrana səfər edəcək.
APA-nın xəbərinə görə, bu barədə İranın Azərbaycandakı səfiri Seyid Abbas Musəvi "Twitter" hesabında qeyd edib. O bildirib ki, nümayəndə heyəti Azərbaycan və İran arasında İqtisadi Əməkdaşlıq üzrə Birgə Komissiyanın 14-cü iclasında iştirak edəcək. Səfirin sözlərinə görə, nəqliyyat, enerji, sənaye, ticarət, rabitə, yeni texnologiyalar, səhiyyə, kənd təsərrüfatı turizmi, bank işi, sığorta və s. sahədə əməkdaşlıq müzakirə olunacaq.