bazar ertəsi, 05 dekabr, 09:42

Baku Bakı 3°C

Bakıda yaşıllıqların sahəsi 3-4 dəfə artırılacaq

icon 360 icon 06 oktyabr 2022 | 14:30 Bakıda yaşıllıqların sahəsi 3-4 dəfə artırılacaq

2040-cı ilə qədər Bakı Bulvarının ərazisinin genişləndirilməsi, paytaxtda yaşıllıqların sahəsinin təxminən 3-4 dəfə artırılması nəzərdə tutulur.

"Report" xəbər verir ki, bunu Bakıda keçirilən Azərbaycan Milli Şəhərsalma Forumunda ekologiya və təbii sərvətlər nazirinin müavini Firdovsi Əliyev bildirib.

"Paytaxtın yeni Baş Planı çərçivəsində bulvarın uzunluğu 25 km-dən çox olacaq. Bakıda yaşıllıq sahəsinin isə indiki 920 hektardan 3 169 hektara çatdırılması planlaşdırılır", - deyə o, qeyd edib.